Ana Sayfa > Qərbi Azərbaycan > Bakıda ilk dəfə tibb təhsili üzrə beynəlxalq konfrans keçirilir

Bakıda ilk dəfə tibb təhsili üzrə beynəlxalq konfrans keçirilir


9-10-2023, 11:29. Yazar: sevinc1
Bakıda ilk dəfə tibb təhsili üzrə beynəlxalq konfrans keçirilir

Bakıda Tibb Təhsili üzrə VIII Beynəlxalq Konfransın (International Conference on Medical Education, ICME) açılış mərasimi keçirilir.

aia.az xəbər verir ki, Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Pakistanın Riphah Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dünyanın 20-dən çox ölkəsindən tibb təhsili sahəsinin aparıcı mütəxəssisləri iştirak edirlər.

Bildirilib ki, konfransda tibb təhsilinin bütün aspektlərini əhatə edən mövzuların müzakirəsi iştirakçılar üçün böyük imkanlar açmış olacaq.

Açılış mərasimindən sonra konfrans işini müxtəlif mövzular üzrə simpoziumlarla davam etdirəcək. Simpoziumlarda simulyasiya əsaslı təlim, səriştələrin öyrədilməsi, koqnitiv bacarıqların aşılanması, kompüter texnologiyaları və süni intellektin tətbiqi kimi günümüzün aktual məsələləri müzakirə ediləcək.

Oktyabrın 10-dək davam edəcək konfransda tibb təhsili sahəsində dünyanın 30-dan çox tanınmış ekspertinin ən aktual mövzularda məruzələri səsləndiriləcək, "Ekspertlər nə deyir?" sessiyalarında tibb təhsili və təliminə dair ən qabaqcıl, yeni yanaşmalar və təcrübələr təqdim olunacaq.

Qeyd edək ki, indiyədək ICME konfransı iki ildən bir olmaqla Əbu Dabi, Mavriki, İstanbul, Ottava və İslamabadda keçirilib. Bundan əvvəl konfrans 2021-ci ildə İndoneziya İslam Universiteti ile birgə virtual formatda baş tutub.

aia.az
Geri dön