Ana Sayfa > Gündəm > Ramil Usubov Türkiyədə ANS-in bağlanmasından - Danışdı Video

Ramil Usubov Türkiyədə ANS-in bağlanmasından - Danışdı Video


31-08-2016, 17:40. Yazar: admin


Azərbaycan daxili işlər naziri Ramil Usubov həmkarı Əfqan Ala ilə görüşüb

Birgə mətbuat konfransında çıxış edən nazir Ramil Usubov 15 iyul çevriliş cəhdindən sonra görülən və bundan sonra görüləcək işləri müzakirə etmək üçün bu ölkədə səfərdə olduğunu bildirib. Nazir FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı bundan sonra da lazımi addımların atılacağını bildirib.

“Bu, eyni zamanda Azərbaycana qarşı yönələn cinayətdir. Hüquq-mühafizə orqanları və digər qurumlar birgə Fətulla Gülənin Azərbaycana sızan əlaqələrini müəyyən etmək üçün müvafiq tədbirlər görülməsi üçün qərar verdi. Avqustun 12-i bununla bağlı Respublika Prokurorluğunda cinayət işi açılıb. Beş nəfər həbs edilib. Bəzi qəzetlər, qurumlar, o cümlədən ANS televiziyası da o pozuculara dəstək verdiyi üçün bağlanıb”.

[media=https://youtu.be/V1dk4g_ZPw4]
Geri dön