Ana Sayfa > Dünya > Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı müraciət dinləniləcək
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı müraciət dinləniləcək6-10-2023, 15:08. Yazar: sevinc1 |
Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın müraciəti üzrə dinləmələr keçirəcək. aia.az BƏM-ə istinadən xəbər verir ki, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq (Ermənistan Azərbaycana qarşı) 12 oktyabr 2023-cü ildə Məhkəmənin yerləşdiyi Haaqadakı Sülh Sarayında dinləmələr baş tutacaq. Dinləmələr Ermənistanın müvəqqəti tədbirlərin görülməsi ilə bağlı müraciətinə həsr olunacaq. Hər iki tərəf öz şifahi arqumentlərini təqdim edəcək. Qeyd edək ki, Ermənistan bununla bağlı 28 sentyabr tarixində BƏM-ə müraciət edib. aia.az Geri dön |