Ana Sayfa > İqtisadiyyat > “Qara bazar”da dolların qiyməti sürətlə qalxır

“Qara bazar”da dolların qiyməti sürətlə qalxır


31-08-2016, 16:56. Yazar: admin


Banklardan dollar almaq çətinləşdikcə, "qara bazar”da qiymət sürətlə bahalaşır.

Fins.Az xəbər verir ki, hazırda Bakıda "qara bazar”da bir dolların satış kursu 1,73-1,75 manat arasında dəyişir.

Həmçinin dollar satışı ilə məşğul olanların sırası da daralır və onlar ancaq etibar etdikləri, tanıdıqları şəxslərlə "bazarlıq” edirlər. Gəncə şəhərində isə "qara bazar”da 1 dollar 1,72-1,73 manata satılır. Əvvəllər bu bazarda valyuta əməliyyatları limitsiz olsa da, indi əksəriyyəti 500-1000 dollar civarında satış həyata keçirirlər.

Qeyd edək ki, 31.08.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6321 səviyyəsində müəyyən olunub.
Geri dön