Ana Sayfa > Özəl > Azərbaycanda keçirilən beynəlxalq tədbirlər - ölkəmizin artan nüfüzunun göstəricisidir
Azərbaycanda keçirilən beynəlxalq tədbirlər - ölkəmizin artan nüfüzunun göstəricisidir5-10-2023, 09:41. Yazar: sevinc1 |
Azərbaycan daha bir mühüm olan beynəlxalq tədbirə ev sahibliyi etməkdədir. Cari ilin oktyabrın 2-dən 6-dək ölkəmizin ev sahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı bu tədbirin vacibliyinin göstəricisidir. Beş gün davam edəcək beynəlxalq konqresə 100-dən artıq ölkədən 5 mindən çox nümayəndə qatılıb. Konqresin əhəmiyyətinin, eyni zamanda, ölkəmizin beynəlxalq münasibətlər sistemində yüksələn nüfuzunun bariz nümünəsidir. Qeyd etməliyəm ki, ölkəmiz on il əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün iki telekommunikasiya, bir Yer səthinin müşahidəsi peykinə malik olaraq Azərbaycanda kosmik sənayenin inkişafı yüksək səviyyədə davam etdirilir. Bakıda keçirilən bu Astronavtika Konqresi ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Müstəqillik dövrünü yaşayan Azərbaycan artıq beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Ölkəmizdə aparılan daxili və xarici siyasət hər zaman aydın və şəffafdır.Bu siyasətin proritet istiqamətlərindən mühüm olanın biri də genişşaxəli əməkdaşlığın gücləndirilməsi və bunun fonunda dostların qazanılmasına və regionda sülhə, əminamanlığa və sabitliyə nail olmaqdır. Doğurdan da, Azərbaycanın günü-gündən artan beynəlxalq nüfuzu istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında öz təsdiqini tapir. Bunlara missal olaraq, Azərbaycanın dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etməsi və bununla yanaşı, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Tarixə nəzər salsaq, 50 il bundan əvvəl - 1973-cü ildə Bakıda Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 24-cü Konqres keçirilmişdi. Ölkəmiz bu il Ulu Öndərin 100 illik yubileyini qeyd edir və onun xatirəsini ehtiramla yad edirək, Azərbaycan baş verən ən böyük kosmik hadisəyə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə 2023-cü ildə ev sahibliyi edir. Beynəlxalq Astronavtika Konqresi yarım əsrdən sonra bölgəmizə, ölkəmizə qayıdır. Əvvəlki konqresdən fəqrli olaraq bu konqresdə məzmunca və iştirakçıların sayına görə daha çox nümayəndənin təmsil olunduğunun şahidi olduq. Fərid Mustafayev YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Geri dön |