Ana Sayfa > Gündəm > “Çakır” və Mahsun Lənkəranskinin yasına gəliblər
“Çakır” və Mahsun Lənkəranskinin yasına gəliblər31-08-2016, 14:32. Yazar: admin |
Yasda iştirak edənlər xəbəri təsdiqləyiblər Avqustun 18-də Türkiyədə qətlə yetirilən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin yas mərasiminə gələnlər yenə də diqqət mərkəzindədir. Avtosfer.az axşam.az-a istinadən xəbər verir ki, Lənkəranda baş tutan məclisdə xarici ölkələrdən gələn qonaqlar da yer alıb. Rövşənin son illər özünə iqamətgah seçdiyi Türkiyədən gələnlər arasında tanınmış ulduzlar da olub. "Kurtlar Vadisi" serialının "Çakır"ı, hazırda isə "Eşkiya dünyaya hükümdar olmaz"da çəkilən Oktay Kaynarca və bir neçə dəfə Lənkəranda qonaq olan müğənni Mahsun Kırmızıgül Lənkərana yasa gəliblər. Yasda iştirak edənlər xəbəri saytımıza təsdiqləyiblər. Geri dön |