Ana Sayfa > Manşet / Özəl > Cəbrayılın azad olunması xüsusi əhəmiyyət kəsb edirdi

Cəbrayılın azad olunması xüsusi əhəmiyyət kəsb edirdi


4-10-2023, 10:06. Yazar: sevinc1
Cəbrayılın azad olunması xüsusi əhəmiyyət kəsb edirdi

Azərbaycanın ərazı bütövlüyünə təcavüz edən düşmən- erməni silahlı birləşmələri Cəbrayıl rayonuna da ciddi ziyanlar vurmuşdur.İnsan kapitalı ilə uanaşı rayonun yeraltı- yerüstü sərvətləri talsn edilmiş,dagıdılıb viran qoyulmuşdur.İşgal dövründə çox sayda cəbrayıllı əsirlikdə,daha çox sayda sakin isə məcburi köçkün kimi doguldugu torpaqdan uzaqlarda dünyasını dəyişmişdir.Nəhayət Vətən həsrətinə son qoymagın zamanı gəldi.27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl. 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Bu 27 il gözlədiyimiz qələbə idi.Ölkə Prezidenti qələbədə payı olan insanların təltif olunması üçün qərar verdi.2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Nəhayət ki,hər bir Azərbaycanlının qəlbini titrədən Xudafərin körpüsündə bayrağımızın dalğalanmasının şahidi olduq.Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Cəbrayıl əməliyyatının mürəkkəbliyi,vacibliyi hərbi ekspertlərin xüsusi diqqətini çəkir. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi.
Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyət kəsb edirdi.
Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.Artıq Cəbrayılda geniş bərpa quruculuq işləri aparılır və cəbrayıllılar öz dogma yur yuvalarına köçürlər.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Geri dön