Ana Sayfa > Özəl > Cənab Prezident lham Əliyevin 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışı
Cənab Prezident lham Əliyevin 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışı3-10-2023, 16:43. Yazar: sevinc1 |
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Konqres Mərkəzində öz işinə başlayan 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak etdilər. Cənab İlham Əliyev tədbirdəki çıxışında Azərbaycanın 10 ildən artıqdır beynəlxalq kosmos klubunun üzvü olduğunu bildirdi. Bu gün iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peykimiz var. Bu sahəni Azərbaycanda inkişaf etdirməyə davam edirik. Cənab İlham Əliyev Konqresin Azərbaycanda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcəyini xüsusi vurğulayaraq onu da əlavə etdi ki, müasirləşmə Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirir. Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib. Azərbaycan ev sahibliyi etdiyi növbəti beynəlxalq tədbirlərlə dünyanın diqqətindədir. İqtisadi, siyasi, humanitar tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunan Azərbaycan onlara ev sahibliyi ilə malik olduğu imkanları təqdim edir. Hər bir sahədə təcrübəsi nümunə olan ölkəmizin yeni texnologiyaların inkişafı və tətbiqi istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyimizi şərtləndirdi. Oktyabarın 2-dən başlayan və 5 gün davam edəcək tədbirə 100-dən artıq ölkədən 5 mindən çox nümayəndə qatılıb. Bu, tədbirin önəminin, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisidir. Təbii ki, keçirilən hər bir beynəlxalq səviyyəli tədbir ona ev sahibliyi edən ölkənin, eyni zamanda, iştirakçı dövlətlərin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu tədbirlərin əhəmiyyəti həm onların keçirildiyi məkan, eyni zamanda, gündəmə gətirilərək müzakirə olunan məsələlər baxımından diqqət çəkir. 2003-cü ildən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın dayanıqlı inkişafının təminatında da özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyev ilk gündən bu çağırış etdi ki, neft kapitalını insan kapitalına çevirməliyik. Bu mühüm məqam da açıqlandı ki, dünyanın inkişf etmiş ölkələrinə diqqət yetirsək inkişafın, tərəqqinin əsasında təhsilin, elmin, yeni texnologiyaların dayandığını aydın şəkildə görərik. Azərbaycan da hər bir yeniliyin ölkəmizdə tətbiqində maraqlıdır. Cənab İlham Əliyev atılan addımlara söykənərək onu da qeyd edir ki, müasir texnologiyalara böyük önəm verərək, Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımlar atmışıq. Azərbaycan indi kosmik dövlətə çevrilib. Ölkəmizdə kosmik sənayenin inkişafının çox böyük potensialı var və gələcək də məhz bu istiqamətdə inkişaf edəcək: «Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq.» Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |