Ana Sayfa > Dünya > Ancelina Coli haqqında bilmədiyiniz - 13 fakt
Ancelina Coli haqqında bilmədiyiniz - 13 fakt31-08-2016, 13:12. Yazar: admin |
14 yaşında məktəbdən qovulan, 3 dəfə ərə gedən, 6 uşaq anası, xeyirxah Ancelina Coli... Dünyanın ən məşhur aktrisalarından olan Ancelina Coli haqqında 13 faktı təqdim edir: 1. 1975-ci il 4 iyun tarixində anadan olan Ancelina özü istəməsə də, anasının təkidi ilə model kimi fəaliyyətə başlayıb. 2.İlk dəfə 1982-ci ildə, 7 yaşı olanda atasının da rol aldığı “Lookin' to Get Out” filmində karyerasına başlayır. 3. Ancelina 14 yaşında məktəbdən qovulur. O yaşlarında bir az çılğın olan Coli saçlarını bənövşəyi rəngə boyayır. Filmlərdə epizodik rollarda oynayan qızcığaz 2 il oğlan dostu ilə yaşadıqdan sonra həm məktəbinə qayıdır, həm də ayrı ev kirayələyir. 4.Ancelina Colinin unutmadığı 2 uşaqlıq sevgisi var. “Star Trek”in Spocku və “Psycho” filmi ilə əfsanələşən Anthony Perkins. 5.İlk dəfə 28 mart 1996-cı ildə Jonny Lee Miller ilə evlənir. Toyunda qara dəri şalvar və üstündə öz qanı ilə ərinin adı yazılmış ağ köynək geyinmişdi. Bu evlilik cəmi 3 il çəkir. 6.1999-cu ildə Billy Bob ilə tanış olur və 1 il sonra evlənir. Bu evlilik 2003-cü ildə sona çatır. 7.2001-ci ildə atası ilə arasında yaşanan mübahisədən dolayı Voight soyadının dəyişdirilməsi üçün ərizə verir və 2002-ci ildə soyadı dəyişir. 8.2005-ci ildə Bred Pitt və Jennifer Anistonun boşanmasında günahkar bilinib gündəmdə qalır. 9. 2006-cı il 11 oktyabra qədər Bred Pitt ilə aralarında olan sevgini yalanlayan Ancelinanın Bred Pittdən hamilə olduğu üzə çıxdı. 9 illik münasibətlərini 2014-cü il 23 avqust rəsmiləşdirdi. "Versace" markalı gəlinliyini uşaqlarının çəkdiyi rəsmlər bəzəmişdi. 10.2006-cı ildə qızının doğum şəklini 4.1 milyona dollar, əkizlərinin şəklini isə 11 milyon dollara satır. 11. Cütlüyün Maddox, Pax və Zahara olmaqla 3 övladlıq və Shiloh,Knox,Vivienne adlı 3 bioloji uşaqları var. 12.Ancelina qızı Shilohu Namibiyada dünyaya gətirdiyi üçün qızı Namibiyanın vətəndaşı sayılır. 13.Yardımsevərliyi ilə seçilən aktirisa dünyanın bir çox ölkələrində xeyirxahlıqla məşğul olur. 2015-ci ildə İraq və Suriyadan olan qaçqınlarla görüşmək üçün şəxsi təyarəsi ilə Mardinə getmişdi. Geri dön |