Ana Sayfa > Özəl > CƏBRAYIL – 4 OKTYABR ŞƏHƏR GÜNÜN MÜBARƏK
CƏBRAYIL – 4 OKTYABR ŞƏHƏR GÜNÜN MÜBARƏK3-10-2023, 10:49. Yazar: sevinc1 |
Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını-torpaqlarımızın azad olunması ilə yekunlaşan Vətən müharibəsinin birinci ildönümünü yaşayır. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar hadisələr qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir! Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir! Hələ 2016-cı ilin Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdir. Vətən Müharibəsinin ilk günlərində şanlı Ordumuz Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini (27.09.2020), Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri (03.10.2020), Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decalı (04.10.2020) işğaldan azad edib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edilib. Cəbrayılda qazanılmış qələbələr Ordumuzun Xocavənd rayonunun güney kəndləri və strateji Hadrut (Ağoğlan) qəsəbəsi yönündə hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratmış oldu. “Cəbrayılın azad olunmasına görə” cənab Prezident İlham Əliyev 26.11.2020-ci ildə “Cəbrayılın azad olunmasına görə” medalını təsis etdi. Qəhrəmanlıq və şücaət təcəssümü olan bu dövlət təltifi Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusuna verildi. Uğursuz dövlətin “yenilməz ordu”sunun mənsublarının yaxasındakı saxta dəmir-dümürdən fərqli olaraq, bizim əsgər və zabitlərin yaxasındakı hər bir medal, orden qiymətlidir, əvəzsizdir! Çünki bizim işimiz haqq işidir, çünki biz müharibədə qızıl ləyaqət göstərmişik.Vətən Müharibəsi başa çatandan az sonra – 16 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. Cənab Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Hər kəsə bəllidir ki, qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi, siyasi önəm daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb; çünki Xudafərin bizimçün milli qürur məsələsidir; çünki Xudafərin Xudafərindir!Vətən Müharibəsi vaxtı olduğu kimi postmüharibə dönəmində də xalqımız öz tarixinin şərəfli, qürurulu – bir sözlə, undulmaz günlərini yaşayır. Doğma torpaqlarımıza qayıdış xalqımızın şərəf tarixinin qızıl səhifələrindəndir. Ötən bir il içində işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə keçid sürət və keyfiyyətlə görülür. Azərbaycan xalqı qədim xalqdır, mədəni xalqdır, xeyirxah xalqdır, dövlətlər quran, zəfərlər çalan xalqdır. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Bununla həm Azərbaycan özünün konstitusiyasının tələbindən irəli gələn məsələni həll etmiş oldu, həm də BMT TŞ-nın kağız üzərinə qalan qətnamələrinin həyata keçməsinə nail ola bildi. Doğma torpaqlarımızı azad etməklə xalqımız şərəfli tarix yazdı. Cəbrayıl rayonunun azad edilməsi Ermənistan ordusunda çox ciddi sarsıntıya, ruh düşkünlüyünə gətirib çıxardı. Cəbrayılın azad edilməsi sonrakı rayonlarımızın azad edilməsində ciddi təsirini göstərdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub, onların hamısı bizimçün əzizdir, doğmadır. Bəli, bu sırada Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Cəbrayıl – Vətən Müharibəsində azad edilən ilk şəhərimiz kimi şərəfli tarixcəyə malikdir. Cəbrayılın, ümumən Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbçilərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyir, yaralı qazilərimizə sağlamlıq, bütün müharibə iştirakçılarına möhkəm can sağlığı diləyirəm! Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı aparatının məsləhətçisi Kənan İslamov Geri dön |