Ana Sayfa > Cəmiyyət > Sumqayıtda dəhşətli qəza

Sumqayıtda dəhşətli qəza


31-08-2016, 12:37. Yazar: admin
Sumqayıtda dəhşətli qəza

Avqustun 31-də saat 10 radələrində Sumqayıt şəhəri Babək küçəsi, Hiper Marketin qarşısındakı piyada keçidində Rusiya istehsalı 10 DV 037 dövlət nişanlı Lada markalı avtomobil iki qadın piyadanı vurub. Nəticədə, 50-55 yaşlı qadın ağır yaralanmış, digərinin isə ayaqları bərk zədələnib. Ağır vəziyyətdə olan şəxsin arterial damarları və daxili orqanları bərk zədələndiyindən maşın yolu al qan içində idi. Maşının qabaq şüşələri tamamilə sıradan çıxmışdı. Hadisədən 15-20 dəqiqə sonra Təcili tibbi yardım ağır yaralanmış qadını xəstəxanaya apardı. Digər yaralı qadına da ilkin tibbi yardım göstərildi. Xatırlatmaq lazımdır ki, bu il həmin ərazidə, yəni Hiper marketin qarşısındakı piyada keçidində daha bir sərnişin yol qəzasından həyatını itirmişdi.

Şirxanlı Rövşən
Geri dön