Ana Sayfa > Özəl > CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ ALTINDA ÖLKƏMİZDƏ MİLLİ ŞƏHƏRSALMA FORUMU UĞURLU HƏYATA KEÇİRİLİR.
CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ ALTINDA ÖLKƏMİZDƏ MİLLİ ŞƏHƏRSALMA FORUMU UĞURLU HƏYATA KEÇİRİLİR.2-10-2023, 18:00. Yazar: sevinc1 |
Sentyabrın 29-da 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinə bir daha diqqət çəkdi, dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq işlərindən geniş bəhs etdi. Bu gün bütün Qarabağ inkişaf edir. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyalar tətbiq edilməli və keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılmalıdır. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb. Azərbaycan xalqı öz köklərinə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi. 2-ci Milli Şəhərsalma Forumunda Prezident İlham Əliyev xatırlatdı ki, Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir.Keçirilən Forumda çıxışlardan və aparılan müzakirələrdən məlum olur ki, Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq.Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən və 2-cisidə Zəngilanda təşkil olunan Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində əhəmiyyətli layihədir. İşğaldan azad olunan ərazilərdə dayanıqlı İnkişaf məqsədləri günümüzün əsas mövzularındandır və bu mövzular da Forumun gündəliyinin əsasını təşkil edir.Azərbaycanda 2-ci dəfə təşkil edilən Milli Şəhərsalma Forumu yuxarıda qeyd edildiyi kimi həqiqətən də çox mühüm əhəmiyyətə malikdir. Erməni vandallarının dağıtdığı şəhər və kəndlərimizin yenidən qurulması, vətəndaşlarımızın doğma yurdlarına qayıtması üçün geniş imkanlar yardacaq bu Forumun işi gələcəkdə necə əhəmiyyətli olduğunu təsdiq edəcəkdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin iqtisadi imkanları çox yüksək səviyyədə və uğurla genişləndirildi, müasir ordu quruldu, qlobal güclərin iştirakı ilə irimiqyaslı iqtisadi layihələr həyata keçirildi. Azərbaycan özünü dünyaya etibarlı tərəfdaş, məsuliyyətli dövlət kimi təqdim edə bildi. Bütün bunlar əlbəttə ki, Qələbənin əldə olunmasında mühüm rol oynayıb. işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini uğurla başa çatdırmaq indi Azərbaycanın əsas hədəfidir. Ölkəmizin bu prosesi müvəffəqiyyətlə həyata keçirmək üçün bütün imkanları var. İşğaldan azad olunmuş ərazilər bərpa olunduqdan və keçmiş məcburi köçkünlər tam olaraq öz evlərinə qayıtdıqdan sonra Azərbaycan üçün yeni iqtisadi imkanlar açılacaq. Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir. Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədr müavini Elşən Əzizov Geri dön |