Ana Sayfa > Özəl > Gerçəkləşən Ulu öndər Heydər Əliyev ideyaları
Gerçəkləşən Ulu öndər Heydər Əliyev ideyaları2-10-2023, 15:06. Yazar: sevinc1 |
Hər tarixi dövrün və dövlətin öz görkəmli şəxsiyyətləri olur. Dünya tarixinin nadir şəxsiyyətlərindən, sözün həqiqi mənasında təkcə öz xalqının deyil, ümumən bəşəriyyətin tərəqqisi yönündə böyük xidmətlər göstərən dahi bir insan Umumimilli Lider Heydər Əliyev. Ulu öndər, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Azərbaycanın müasir tarixində xalqın ədalətli seçimini, gələcək taleyini müəyyən edən əlamətdar günlərdən biri 1993-cü il oktyabr ayının 3-ü Heydər Əliyevin prezident seçilməsi ilə bağlıdır. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident seçilən Ulu Öndərimiz 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, çoxlarına əfsanə kimi görünən qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. 1969-1982-ci illərdə - Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü işlər xalqımız tərəfindən unudulmamışdı. 1990-cı ildə 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdır. Bu gün Ali Baş Komandanımız, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin diplomatik siyasəti ilə Azərbaycan həm siyasi meydanda, həm də döyüş meydanında qalibdir. Azərbaycan xalqı öz liderinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev böyük fədakarlıqla və qətiyyətlə YAP-ın qurucusu Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək, 9 noyabr tarixində Azərbaycan xalqına müraciətində də dediyi kimi, ata vəsiyyətini yerinə yetirdi, son 20 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi, xalqın inamını özünə qaytardı. Əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı. Bütün bunlar Heydər Əliyevin siyasi fəaliyyətinin bəhrələridir, onun parlaq səhifələridir. «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam» - deyən ulu öndərimiz Heydər Əliyev 2001-ci ilin noyabrında Bakıda bütün dünya azərbaycanlılarının I qurultayının keçirilməsinə nail oldu. Bu gün erməni təcavüzkarlarının törətdiyi, qəddarlığına və amansızlığına görə misli görünməyən faciələrin mahiyyəti, zaman-zaman Azərbaycana qarşı törədilən terror aktları, soyqırım siyasəti dünya ictimaiyyətinə çatdırılır, Ermənistanın təcavüzkar dövlət kimi tanınması üçün səylər göstərilir. Bütün bu tədbirlərin həyata keçirilməsində Heydər Əliyevin formalaşdırdığı Azərbaycan lobbisinin də xidmətləri var. Bu ümummilli liderimizin siyasi uzaqgörənliyinin nəticəsidir, onun ideyalarının təntənəsidir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Ulu öndər Heydər Əliyevin ideyalarının real bəhrəsi, onların gerçəkləşməsidir. Bizim isə ən böyük vəzifəmiz Heydər Əliyevin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır. Fərid Mustafayev YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Geri dön |