Ana Sayfa > Seçki 2024 > Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək


2-10-2023, 11:05. Yazar: sevinc1
Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Salyan rayonunda görüşü təşkil olunacaq. Aksiya Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” oktyabrın 3-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Geri dön