Ana Sayfa > Özəl > Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsi daima qəlbimizdə yaşayacaq
Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsi daima qəlbimizdə yaşayacaq29-09-2023, 16:40. Yazar: sevinc1 |
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycan 1993-cü ildən bu günə qədər inkişaf yolunda əmin addımlarla irəliləyir, möhtəşəm nailiyyətlər əldə edərək yeni zirvələr fəth edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi: "1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir". 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi, sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı, inkişafın dinamik əsası qoyuldu. Qürurla "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" deyən, bu amalıyla hamıya örnək olan, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ümummilli Lider Heydər Əliyev məhz belə dahilərdən olub. 3 oktyabr 1993-cü il Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi şanlı bir tarixdir. Həmin gün Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan sığortalandı. Zaman-zaman Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan bir sıra tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları olmuşdur. Onlar zaman-zaman xalqımızın tarixində gördükləri böyük işlər və əməllərlə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının unudulmaz rəhbəri, görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki tarix boyu Azərbaycanın dövlət xadimlərindən yalnız o, ümummilli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Ulu öndər Heydər Əliyev dünyanın bənzərsiz, böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə ilahi vergidir. Buna Allahın bəxş etdiyi liderlik deyirlər. Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırırdılar. Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman deməyi, hansı addımı nə vaxt atmağı bir zərgər dəqiqliyi ilə bacarırdı. Ulu öndər qeyd edirdi ki, “biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun”. Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu. Xalqımızın və dövlətimizin elə bir problemi olmamışdır ki, həmin məsələni kimsə Heydər Əliyev yüksəkliyində dərk etmiş olsun. Həmişə Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Bu, on illərlə formalaşmış fikirdir, özü də doğru və düzgün fikirdir. Ölkəmizin fəxri, mili iftixarımız və liderimiz olan Heydər Əliyev bütün problemlərin həll olunmasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Çünki o, bir neçə on il bundan sonra görüləcək işləri bu gün həyata keçirməyi bacaran nadir keyfiyyətlərə malik uzaqqörən siyasətçi və təcrübəli dövlət xadimi idi. Onun siyasəti ölçülüb-biçilmiş, gələcəyə ünvanlanmış siyasət idi. 2003-cü ildən başlayaraq,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi müddətdə həm Ümummilli Liderin, həm də xalqın ona bəslənən ümidlərini tamamilə doğrultdu. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar daha da dərinləşdi, ölkəmiz dinamik inkişaf yoluna çıxarıldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla başa çatdırdı. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik həsrətə 44 gündə son qoyaraq işğal olunmuş əzəli və əbədi torpaqlarımızı azad etdi. Bütün bunlar göstərir ki, Ulu Öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində əsasını qoyduğu siyasət bu gün uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. Dahi rəhbərin anadan olmasının 100-cü ildönümü ərəfəsində bunu qürurla bir daha qeyd etmək yerinə düşər ki, əbədiyaşar lider Heydər Əliyevin adı Azərbaycan xalqının milli şüurunda müasir Azərbaycanın yaradıcısı kimi həkk olunub. Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli mənlik şüurunun formalaşmasının əsasını qoyub, bu isə xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu bir daha təsdiqləyir. Xalqın yaddaşında yaşamaq ömürdən sonra yaşanılan ömürdür... Bu gün ölkəmiz bu siyasətin uğurlarından gen-bol faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin ən layiqli siyasi varisi Prezident İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə qələbədən-qələbəyə irəliləyir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və dövlət başçısının ətrafında daha sıx birləşir. Allahdan Ümummilli Liderimizə rəhmət diləyirəm. Ruhunuz şad olsun Ulu Öndərimiz , Sizin ideyalarınız , vəsiyyətləriniz ləyaqətlə, yüksək bacarıqla siyasi varisiniz İlham Əliyev cənabları tərəfindən həyata keçirilir. Artıq ən böyük arzunuz da həyata keçdi-Qarabağ torpaqları işğaldan azad olundu.Ərazi bütövlüyümüz tam təmin edildi. Demək olar ki , bütün əzəli torpaqlarımıza sahib çıxmamız Ölkə Prezidenti tərəfindən yürüdülən siyasətin əsasını təşkil edir. Məhəmməd Əliyev YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Geri dön |