Ana Sayfa > Gündəm > Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları

Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları


29-09-2023, 15:53. Yazar: sevinc1
Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən aia.az-a verilən məlumata görə, Ordumuzun şanlı qələbəsindən sonra Sərsəng su anbarı da bizim nəzarətimizə keçib.

“Artıq su anbarının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir. 1976-cı ildə Tərtərçay çayının üzərində Sərsəng su anbarı tikilərək istifadəyə verilib.

Anbarın ümumi həcmi 565 mln. kbm, faydalı həcmi 500 mln.kbm-dir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu - 50,25 km-dir.

Qeyd edək ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq”, - qeyd olunub.

aia.az
Geri dön