Ana Sayfa > Seçki 2024 > Şəhid ailələri diqqətdən kənar qalmır

Şəhid ailələri diqqətdən kənar qalmır


28-09-2023, 20:57. Yazar: sevinc1
Şəhid ailələri diqqətdən kənar qalmır

Torpaqlarımızın qorunması, vətənin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidliyin ünvanı əbədiyyətdir deyirlər. Bu əbədiyyətə ucalmaq Şəmkir rayonunun Sabirkənd kənd sakini Əbdürrəhimli Habil Qabil oğluna da nəsib olub. Vətənə olan sevgisi onun yolunu hərbidən salıb və o, hərbçi peşəsinə yiyələnib. Peşəkar zabit 44 günlük müharibədə vətənin harayına çatıb. İlk gündən döyüşlərə qatılan Habil Füzuli, Cəbrayıl, Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib, müharibənin sonuncu günü şəhadətə yüksəlib. Şəhidin atası Qabil Əbdürrəhmanov uzun illərdir ki, SOCAR “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsində çalışır. Regional İdarənin rəhbər şəxsləri Anım Günündə şəhid ailəsini ziyarət edərək mövcud vəziyyətləri və qayğıları ilə yaxından maraqlanıblar.
Geri dön