Ana Sayfa > Özəl > Hər bir səfər münasibətlərdə yeni səhifənin açılması, sabaha bir çağırışdır

Hər bir səfər münasibətlərdə yeni səhifənin açılması, sabaha bir çağırışdır


28-09-2023, 13:03. Yazar: sevinc1
Hər bir səfər münasibətlərdə yeni səhifənin açılması, sabaha bir çağırışdır

25 sentyabr 2023-cü il tarixində Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri tarixi əhəmiyyət kəsb edir.  Bu səfər və dövlət başçılarının görüşü Naxçıvan şəhərində gerçəkləşməsi ilə əlamətdardır. Dünyanın diqqət mərkəzində olan bu səfər mühüm məqamlarla, verilən mesajlarla zəngin oldu.Hər bir səfər münasibətlərdə yeni səhifənin açılması, sabaha bir çağırışdır.İmzalanan sənədlər bu çağırışların, hədəflərin mahiyyətinə işıq salır. Azərbaycan-Türkiyə qardaşlığının dünyaya təqdimatı olan tarixi Zəfərimizdən bu günədək iki dost ölkənin Prezidentlərinin qarşılıqlı səfərlərinin, imzalanan sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir.Azərbaycan və Türkiyə Prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər.Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalandı. Ölkələr arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafında hüquqi baza olan bu sənədlərdən Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu” xüsusi diqqət çəkdi. Dövlət başçısı İlham Əliyev səfər zamanı imzalanmış sənədlərin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcəyini bildirdi.İğdır-Naxçıvan qaz kəmərinin çəkilişinin qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə olduğu, əlaqələrimizə yeni təkan verəcəyi, Naxçıvanın enerji təhlükəsizliyinin daha böyük ölçüdə təmin ediləcəyi diqqətə çatdırıldı. 
 Sentyabrın 25-də imzalanan sənədlər bizi 2020-ci ilin 10 dekabr tarixində ölkəmizdə keçirilən Zəfər paradında iştirak etmək üçün Azərbaycana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfər çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra azərbaycanlı həmkarı İlham Əliyevlə mətbuata birgə bəyanatlarında səsləndirdiyi fikirləri yada salmağa çağırış edir. Qardaş ölkənin Prezidenti həmin gün qeyd etmişdi ki, bu gün atılan imzalar, əslində, simvolik imzalardır.Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcək. Ötən üç ilə yaxın dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına yönələn qarşılıqlı səfərlərin, həmçinin imzalanan sənədlərin say tərkibinə diqqət yetirdikdə bu imzaların işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun fərqli şəkildə yüksəlişinə necə böyük təsir göstərdiyini görməmək mümkün deyil. Türkiyə şirkətləri bu gün azad Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində fəal iştirak edirlər.
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata birgə bəyanatları münasibətlərimizin dünəninə, bu gününə və qarşıda dayanan hədəflərə işıq saldı: “Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bir daha qardaş ölkənin 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan Azərbaycanın yanında olduğunu, bu gün də bu birliyin işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapdığını qeyd etdi”. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında yeni səhifə açan Şuşa Bəyannaməsindən bəhs edildi və vurğulandı ki, müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Atılan hər bir addım, reallaşan, eyni zamanda, yeni gündəmə gətirilən layihələr ölkələrimizin, xalqlarımızın nə qədər bir-birinə bağlı, yaxın olduğunu göstərir: “Bu birlik, həmrəylik regionda sabitliyin, sülhün və təhlükəsizliyin qarantıdır. Səfər zamanı imzalanan Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolu tarixi hadisə kimi dəyərləndirildi. Cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək.” Yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri ümumilikdə türk dünyasının birliyinə böyük töhfədir. 

Sahib Nağıyev,
Salyan şəhər 1 saylı məktəb-liseyin direktoru, YAP fəalı
Geri dön