Ana Sayfa > Gündəm / Özəl > Gülər Sultanzadə: “Naxçıvanda imzalanmış Azərbaycan-Türkiyə sənədləri iki qardaş ölkə arasında əlaqələrin dərinləşməsinə xidmət edir”
Gülər Sultanzadə: “Naxçıvanda imzalanmış Azərbaycan-Türkiyə sənədləri iki qardaş ölkə arasında əlaqələrin dərinləşməsinə xidmət edir”28-09-2023, 09:54. Yazar: sevinc1 |
“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Azərbaycana növbəti səfəri iki qardaş ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi və möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən tarixi hadisədir. Qeyd edək ki, qardaş ölkənin dövlət başçısı Naxçıvana artıq ikinci dəfədir ki, səfər edir. Bu səfər çərçivəsində ölkələrimiz arasında bir sıra vacib, tarixi əhəmiyyət kəsb edən sənədlər, o cümlədən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan-Naxçıvan sənədlərinin imzalanma mərasimindən sonra mətbuata bəyanatla çıxış edən cənab Prezident İlham Əliyev xüsusi önəm kəsb edən hadisə kimi İğdır-Naxçıvan qaz kəmərinin çəkilişini qeyd etmişdir. Dövlətimizin başçısı vurğulayıb ki, bu layihə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin tarixində önəmli hadisədir və qarşılıqlı əlaqələrin inkişafına yeni təkan verəcək. Əlbəttə ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi eyni zamanda da Muxtar Respublikanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə olacaq.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Texniki Universitetinin tələbəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib. Daha sonra partiya fəalı Prezident İlham Əliyevin bəyanatında Zəngəzur dəhlizi ilə bağlı səsələndirilən fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvanın tarixi ilə bağlı bəzi faktları xatırladaraq bildirmişdir ki, Muxtar Respublikanın Azərbaycanla coğrafi bağlantısının kəsilməsi 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verilməsi səbəbilə baş vermişdir. Lakin bu məsələ də tezliklə öz həllini tapacaqdır. Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq, Ermənistanın özünün də imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə uyğun üzərinə götürdüyü öhdəliklərdən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz yaranacaqdır. Müasir dünyada, xüsusən də son illər formalaşmış geosiyasi şəraitdə məhz Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqır. Bütün bunlar isə Zəngəzur dəhlizinin açılmasını qaçılmaz edir.” Öz fikirlərini davam etdirən müsahibimiz dövlət başçısının antiterror tədbirləri ilə bağlı verdiyi açıqlamanın xüsusi önəm kəsb etdiyini bildirib: “Öz çıxışında Azərbaycan Prezidenti bir daha bütün dünyaya bəyan etdi ki, sentyabrın 19-da keçirilmiş antiterror əməliyyatları ilə ölkəmiz öz suverenliyini təmin etmişdir. Bunu bütün dünya birmənalı olaraq bilməlidir ki, Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı Vətən müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad edəndə də, bu ilin aprel ayının 23-də Ermənistanla sərhədində Laçın sərhəd-buraxılış məntəqəsini qoyanda da və nəhayət sentyabrın 19-da keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpa edərkən də öz legitim hüquqlarından istifadə etmişdir. Antiterror əməliyyatı Azərbaycanın tarixinə daha bir parlaq Qələbə səhifəsini yazdı. Cənab Ali Baş Komandanın dediyi kimi, cəmi 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Bütün dünya, xüsusilə də özünü Ermənistanın himayədarları kimi göstərən, əslində isə erməni xalqından yalnız öz məqsədləri üçün istifadə edən qüvvələr də bilməlidirlər ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir”, - deyə Gülər Sultanzadə fikirlərini tamamlayıb. Geri dön |