Ana Sayfa > Özəl > İcra başçısı Gəncə şəhəri üzrə Təhsil Sektorunun yeni müdiri ilə görüşüb
İcra başçısı Gəncə şəhəri üzrə Təhsil Sektorunun yeni müdiri ilə görüşüb27-09-2023, 11:16. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nərgiz Həsənova Gəncə şəhəri üzrə Təhsil Sektorunun müdiri vəzifəsinə təyin edilib. N.Həsənova 2011-ci ildən Gəncə şəhər 17 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. aia.az bildirir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri üzrə Təhsil Sektorunun müdiri Nərgiz Həsənova ilə görüşüb. Görüş zamanı Gəncədə təhsilin inkişafı ilə bağlı görülən işlərdən söz açılıb. Qeyd olunub ki, son illər ölkənin hər yerində olduğu kimi, Gəncə şəhərində də müasir məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır. Şəhər rəhbəri qeyd edib ki, görülən işlər şagirdlərin dərslərə olan marağının artmasına, onların təhsildə olan göstəricilərinin yüksəlməsinə təsirsiz ötüşmür. Sonda Niyazi Bayramov Nərgiz Həsənovanı yeni təyinatla bağlı bir daha təbrik edərək ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Azər Tağızadə Geri dön |