Ana Sayfa > Özəl > "27 Sentyabr-Anım Günü" münasibətilə tədbir

"27 Sentyabr-Anım Günü" münasibətilə tədbir


27-09-2023, 11:15. Yazar: sevinc1
"27 Sentyabr-Anım Günü" münasibətilə tədbir

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran Gənclər Evinin birgə təşkilatçılığı sayəsində Lənkəran Gənclər Evində "27 Sentyabr-Anım Günü" münasibəti ilə gənclərlə vətənpərvərlik mövzusunda tədbir baş tutub.
Tədbirdə Vətən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni işğalçıları üzərində qazandığı hərbi siyasi zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsi olduğu bildirilib. Ölkəmizdə vətənpərvər, mübariz gənclərin yetişməsinin Vətən müharibəsindəki qələbənin ən mühüm amili olduğu qeyd olunub.
Tədbirin sonunda iştirakçılar Azərbaycanın qəhrəmanlıq salnaməsindən bəhs edən film baxıblar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Geri dön