Ana Sayfa > Siyasət / Aia TV / Karusel > Azərbaycanda qadın nazir təyin olundu

Azərbaycanda qadın nazir təyin olundu


2-09-2015, 12:00. Yazar: admin
Azərbaycanda qadın nazir təyin olundu
Vasif Talıbov sərəncam imzaladı.

Naxçıvan Muxtar Respublikasının (MR) mədəniyyət və turizm naziri vəzifəsinə qadın təyin olunub.

Aia.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədri Vasif Talıbov sərəncam imzalayıb.

Nazir vəzifəsini Natəvan Tofiq qızı Qədimova tutacaq. O, indiyədək Muxtar Respublikanın mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.
Geri dön