Ana Sayfa > Özəl > YAP Qazax rayon təşkilatının partiya fəalları ilə görüşləri davam edir

YAP Qazax rayon təşkilatının partiya fəalları ilə görüşləri davam edir


26-09-2023, 18:38. Yazar: sevinc1
YAP Qazax  rayon təşkilatının partiya fəalları ilə görüşləri davam edir

2023-cü il “Heydər Əliyev İli”ndə, sentyabr ayının 26-da Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev sərhəd kəndləri olan Quşcu Ayrımda, Məzəmdə, həmçinin Qazaxbəyli kəndində Yeni Qəsəbə yaşayış massivində müvəqqəti məskunlaşan Aşağı Əskipara, Yuxarı Əskipara kəndlərinin partiya fəalları ilə görüş keçirdi.
Görüşlərdə ilk öncə Ümummilli Liderimiz Heydər Əliyevin və müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, partiyanın VII qurultayından sonra aparılan islahatlardan, həyata keçirilən məqsədyönlü tədbirlərdən, qarşıda duran vəzifələrdən ətraflı danışdı. Rayon təşkilatınnın sədri Yeni Azərbaycan Partiyasının VII qurultayında Möhtərəm Prezidentimiz, partiya sədrimiz İlham Əliyev cənablarının tapşırıq və tövsiyyələrlə zəngin, proqram xarakterli nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsindən, qazanılan nailiyyətlərdən, əldə olunan uğurlardan ətraflı bəhs etdi. A.Nəbiyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən daxili və xarici siyasətdən, beynəlxalq aləmdə, regionda, ölkəmizdə cərəyan edən hadisələrdən, mövcud ictimai - siyasi durumdan, 44 günlük Vətən müharibəsindəki misilsiz qələbədən, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən, “Böyük Qayıdış”in uğurla həyata keçirilməsindən, Möhtərəm Prezidentimizin rəhbərliyi altında tezliklə Qazax rayonunun işğal altında olan yeddi kəndinin də işğaldan azad olunacağından və soydaşlarımızın öz doğma yurd - yuvalarına qayıdacağından böyük ruh yüksəkliyi ilə danışdı.
Eyni zamanda rayon təşkilatının sədri 19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı ilə əlaqədar Azərbaycan ordusu tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən, qazanılan qələbədən, əldə edilən uğurlardan, suverenliyimizin bərpasından, Ermənistanın növbəti kapitulyasiyasından və 2023-cü il 20 sentyabr tarixində Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının xalqa müraciətindən də ətraflı bəhs etdi.
A.Nəbiyev sentyabrın 25-də qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri barədə də görüş iştirakçılarını məlumatlandırdı. Rayon təşkilatının sədri Möhtərəm Prezidentimizin diqqət, qayğısı və hörmətli icra başçımızın rəhbərliyi ilə Qazax rayonunda görülən işlərdən, həyata keçirilən məqsədyönlü tədbirlərdən də ətraflı bəhs etdi və partiya fəallarından Yetər Mustafayevanın, Süleyman Süleymanovun və digərlərinin suallarını cavablandırdı.

aia.az
Geri dön