Ana Sayfa > Özəl / Təhsil > UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 27 sentyabr-Anım Günü qeyd edildi
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 27 sentyabr-Anım Günü qeyd edildi26-09-2023, 18:16. Yazar: sevinc1 |
Elm və Təhsil Nazirliyinin 27 sentyabr –Anım günü ilə bağlı təsdiq etdiyi Tədbirlər Planına əsasən UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə tədbir keçirilib. aia.az xəbər verir ki, tədbirlər Planına əsasən ilk əvvəl Kollecin müəllim və tələbələri 44 günlük Vətən müharibəsində şəhid olan igidlərimizin məzarlarını ziyarət ediblər. Sonra Kollecin akt zalında “Böyük Zəfərin 2783 şəhidi!” adlı tədbir keçirilib. Tədbir Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Dövlət himni səsləndirilib. Tədbirdə iştirak edən 44 günlük Vətən müharibəsinin iştirakçısı, Kollecin “Mühasibat uçotu” ixtisası üzrə 583 qrup tələbəsi Fuad Atakişiyev çıxışında Vətən müharibəsində keçdiyi döyüş yolundan danışdı. Daha sonra çıxış edən Kollecin müəllimi Qələndər Muxtarlı 44 günlük Vətən müharibəsinin bütün türk dünyasının tarixində əhəmiyyətindən söhbət açdı. Pedaqogika üzrə elmlər doktoru,UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru Vidadi Orucov isə çıxışında qeyd etdi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə həmişə dərin ehtiram göstərmək hər bir azərbaycanlının borcudur. Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi bir daha sübüt edir ki, şəhidlərimiz heç vaxt unudulmayacaq! Sonda tələbələrin şəhidlərə həsr olunmuş şeirləri dinlənildi. Geri dön |