Ana Sayfa > Qərbi Azərbaycan > Bir xəstəyə təkrarən icra olunan bypass və qalxan aorta disseksiyasi əməliyyatı
Bir xəstəyə təkrarən icra olunan bypass və qalxan aorta disseksiyasi əməliyyatı26-09-2023, 10:39. Yazar: sevinc1 |
Ölkəmizdə ilk dəfə olaraq bir xəstəyə təkrarən bypass və qalxan aorta disseksiyasi əməliyyatı icra olunub. Beləki, 65 yaşlı xəstəmiz 3 il əvvəl tibbi mərkəzlərin birində keçirdiyi “Aorta koronar şuntlama” əməliyyatından sonra qalxan aorta disseksiyasi diaqnozu ilə mərkəzimizə əməliyyat üçün müraciət etmişdir. Ölüm riski ən yüksək olan əməliyyatlardan biri olan aorta koronar şuntlama əməliyyatından sonra təkrar disseksiya təmiri əməliyyatının təkrarlanmağı riski ikinci dəfə artırıb. Dünya ədəbiyyatında bu tip əməliyyatların icrası haqqında dəqiq bir əməliyyat texnikası yoxdur. Ona görədə bütün məsuliyyət və planlama cərrah və komandasının üzərinə düşür. Sözü gedən riskli əməliyyat mərkəzimizin ürək-damar cərrahı, t.ü.f.d., Vüsal Hacıyev tərəfindən icra olunub. Uğurla həyata keçirilən əməliyyatından sonra xəstənin ürəyində olan problem aradan qaldırılıb və 9-cu günün sonunda xəstəmizin stasionarda aldığı müalicə yekunlaşaraq, evə buraxılıb. Baş tutan əməliyyat ölkəmizdə tibbin sərhədsiz imkanlarını və həkimlərimizin yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirir. Azərbaycan üçün bir ilk olan bu əməliyyatın gedişi haqqında mərkəzimizin ürək-damar cərrahı, t.ü.f.d., Vüsal Hacıyevin bəhsini və xəstənin əməliyyatdan sonrakı görüntülərini Sizlərə təqdim edirik. Xoş seyrlər! Geri dön |