Ana Sayfa > Özəl > Şəhid ailəsi yeni evə köçüb

Şəhid ailəsi yeni evə köçüb


26-09-2023, 10:34. Yazar: sevinc1
Şəhid ailəsi yeni evə köçüb

İkinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının bütövlüyü uğrunda qəhrəmancasına canından keçən minlərlə qeyrətli Vətənə oğlanlardan biri də Raqib Əzizovdur. Bu, Vətən sevdalısı 29 avqust 1991-ci ildə rayonun Yol-ağac kəndində dünyaya göz açıb. Masallı camaatı daim Raqibin xatirəsinə böyük ehtiram göstərir, adını hər yerdə, həmişə uca tuturlar.
Masallı şəhərində Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun giziri Raqib Vidadi oğlunun ailəsi üçün birmərtəbəli fərdi yaşayış evi tikilibdir. Evin istifadəyə verilmə mərasimində rayonun rəhbəri Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, media nümayəndələri iştirak ediblər.

A. Əhmədov təbrik nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi zəfərimizdən , ordu-xalq birliyindən, Raqib kimi oğulların müharibə meydanında göstərdiyi misilsiz şücaətindən söhbət açıb, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman şəhid ailələrinə, müharibə əlillərinə, onların ailə üzvlərinə xüsusi diqqət və qayğı olduğunu diqqətə çatdırıb. O, həmçinin fərdi evin tikintisində zəhməti olanlara təşəkkür etməklə, onu da vurğulayıb ki, biz şəhidlərə, onların ailələrinə, müharibə veteranlara nə etsək azdır. Onlar bizə 30 il erməniyə əsir düşən müqəddəs torpaqları qaytarıb, başımızı ucaldıb. Həmişə onlara, şəhidlərin ailə üzvlərinə, övladlarına borcluyuq.

Masallı Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidi Raqib Əzizovun iki yadigar övladına müxtəlif hədiyyələr təqdim olunub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Geri dön