Ana Sayfa > Özəl > Tarixdə əbədi yaşayan qürur günümüz

Tarixdə əbədi yaşayan qürur günümüz


25-09-2023, 23:06. Yazar: sevinc1
Tarixdə əbədi yaşayan qürur günümüz

2020-ci il sentyabr ayının 27-də Ermənistan ordusu ölkəmizə qarşı genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur. Bu, erməni faşizminin növbəti təzahürü idi. Ermənistan ordusunun hərbi təcavüzünə cavab olaraq döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verilmişdir. Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda isə qismən səfərbərlik elan edilmişdir. Məhz həmin ilin avqust ayında Ermənistan növbəti hərbi təxribata əl ataraq terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərmiş hərbçilərimizə və mülki əhaliyə qarşı növbəti hərbi təxribat törədilmişdi. 2020-ci il 27 sentyabr tarixindən başlayan döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Belə ki, 4 oktyabrda Cəbrayıl azad edildikdən sonra Ermənistan ordusu Azərbaycan ordusunun 2016-cı ilin aprelində azad etdiyi "Lələtəpə" yüksəkliyini geri almağa cəhd etdi. Nəticədə düşmənin bir tank polku darmadağın edilərək 800-dən çox hərbçisi məhv edildi. Düşmən ümumilikdə, yaralılarla birlikdə 1500-2000-ə qədər itki verdi. Ordumuzun sarsıdıcı zərbələri qarşısında Ermənistan qüvvələri cəbhənin cənub istiqamətində salamat qalan texnikanı da atıb qaçdı. Daha sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad edərək oktyabrın 23-də Laçın dəhlizinə doğru irəliləməyə başladı. Müzəffər Azərbaycan Ordusu gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi.Ermənistan silahlı qüvvələri ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı birgə bəyanata əsasən, Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin olunması elan edildi. Bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyan birgə bəyanatın imzalanmasından bir ay keçdikdən sonra Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonu ərazisində diversiya-təxribat fəaliyyəti baş verdi. Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan antiterror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvləri saxlanıldı.İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncama əsasən hər il 27-si sentyabrın Azərbaycan Respublikasın-da Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Geri dön