Ana Sayfa > Qərbi Azərbaycan / Karusel > Azərbaycan və erməni əsilli tibb heyətlərinin birgə fəaliyyəti təklif edildi
Azərbaycan və erməni əsilli tibb heyətlərinin birgə fəaliyyəti təklif edildi25-09-2023, 17:47. Yazar: sevinc1 |
Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması təklif olunan səhra hospitalında səhiyyə xidmətlərinin Azərbaycan və erməni əsilli tibb heyəti tərəfindən birgə təşkil edilməsi təklif olunub. aia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında bildirilib. Həmçinin Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidmətinin yaradılması təklif edilib. Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub. Bununla yanaşı, görüşdə Azərbaycan və erməni əsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin vacibliyi vurğulanıb. aia.az Geri dön |