Ana Sayfa > Özəl > Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir
Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir25-09-2023, 16:23. Yazar: sevinc1 |
![]() Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir. “Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, ikinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə biz Qarabağda yaşayan erməni əhalisini bax buna dəvət edirik” Dövrün tələblərinə uyğun olaraq multikultural münasibətləri tənzimləmək, müxtəlif dini inancların,mədəni dəyərlərin daşıyıcısı olan xalqların müstəqil dövlətçilik ideyaları ətrafında sıx birləşməsini təmin etmək dövlətin qarşısında duran əsas vəzifələrdən biridir.Bu öhdəliklərin yerinə yetirilmə və həyata keçirilməsi məqsədilə hal-hazırda münasibətlər inkişaf etdirilir və addımlar atılır.Azərbaycan hər zaman hər dövrdə obyektiv qiymətləndirməyə üstünlük vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində separatçıları Bakının şərtlərini qəbul etməyə məcbur vəziyyətə gəldiyini vurğulayıb. “Yevlax şəhərində Qarabağ icmasının nümayəndələri ilə təşkil olunacaq görüşdə biz gələcək ilə bağlı baxışlarımızı çatdıracağıq” prezident İlham Əliyev vurğulamışdır. Prezident xalqa müraciətində bir daha bildirmişdir “Qarabağ Azərbaycanın ərazisidir və bütün dünya bunu tanıyır o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb.Əgər vaxti ilə Qarabağ Ermənistandır və nöqtə deyirdisə, indi Qarabağ Azərbaycandır deyir və nəinki deyir hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur.Bizə xor baxanlar , torpağımıza göz dikənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq.Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır.!” Anar Məmmədov, YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı Geri dön |