Ana Sayfa > Gündəm / Ölkə > Erməni separatçıların keçmiş lideri: “Qarabağ Azərbaycanın tam nəzarətindədir”
Erməni separatçıların keçmiş lideri: “Qarabağ Azərbaycanın tam nəzarətindədir”23-09-2023, 18:35. Yazar: sevinc1 |
“Azərbaycan Qarabağa tam nəzarət edir”. Bu sözləri Qarabağdakı erməni separatçıların keçmiş liderlərindən biri Ruben Vardanyan “France24” telekanalına müsahibəsində deyib. “Hesab etmək olarmı ki, bütün Qarabağ Azərbaycanın nəzarətində olan ərazidir?” - deyə jurnalist Vardanyana sual ünvanlayıb. “Bəli, onlar bölgəyə tam nəzarət edirlər”, - deyə o cavab verib. Ruben Vardanyanın sözlərinə görə, Qarabağın erməniəsilli sakinləri orada qalmaq istəmirlər və Ermənistana getməyə çalışırlar. Geri dön |