Ana Sayfa > Özəl > Qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır
Qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır23-09-2023, 09:35. Yazar: sevinc1 |
Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan, beynəlxalq təşkilatların sülh çağırışlarına məhəl qoymayan Ermənistan 44 günlük qurtuluş savaşında məğlub oldu. Azərbaycanın 2-ci Qarabağ müharibəsində qalib gəlməsi nəticəsində düşmən tərəf kapitulyasiya aktına qol çəkdi. 2020-ci il noyabrın 10-da Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə müəyyən öhdəliklərin əks olunduğu atəşkəs sazişi imzalandı. Kəlbəcər, Laçın və Ağdamın qansız-qadasız geri qaytarılması, atəşkəsə nəzarət edəcək Rus-Türk Mərkəzinin qurulması, nəhayət ki, savaşa son veriləcəyi və sülh sazişinin imzalanacağı ümidlərini artırdı. Amma keçən 3 il ərzində nəinki sülh sazişi imzalandı, nəzərdə tutulan nəqliyyat kommunikasiyalarının açılması da baş vermədi. Əksinə, sərhəddə baş verən gərginlik vəziyyəti daha da çətinləşdirdi. 300-dən çox vətəndaşımız terrorun qurbanı oldu. Azərbaycan bu təxribatlar barəsində dəfələrlə beynəlxalq aləmə məlumat versə də, əhəmiyyəti olmadı. Bildirirdik ki, üçtərəfli bəyanatın bəndləri kobudcasına pozulur, erməni birləşmələri Azərbaycan ərazisindən hələ də çıxarılmır, hərbi toqquşma davam edir, mina terroru günahsız canlar alır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təxribatlar artmağa başladı. Son vaxtlar isə Qarabağda erməni separatistlərin təxribatları dözülməz hala gəlmişdi. Sentyabrın 19-da səhər saatlarında DİN-in yayımladığı acı xəbər hamımızı sarsıtdı. Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya rupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması nəticəsində terror aktı törədildi. Terror aktı nəticəsində mülki vətəndaşlarımız və polis əməkdaşlarımız həlak oldu. Dövlətimiz Konstitusiya hüquqlarını və ərazi suverenliyini bərpa etmək üçün Qarabağdakı qanunsuz silahlı birləşmələrə qarşı lokal antiterror əməliyyatları keçirməyə məcbur oldu. Bu hadisələrdən bir neçə gün əvvəl Azərbaycan Respublikasının Pezidenti Ali Baş Komandan İlham Əliyev Laçında yerli sakinlərlə keçirdiyi görüşdə şərtlərini açıqlamışdı. Ermənistan və onun Qərbdəki havadarlarına səslənmişdi. Azərbaycan Dövlətinin mövqeyini bir daha xatırlatmışdı. Separatizmin , “miatsum”un kitabının bağlandığını dönə-dönə vurğulamışdır. Ali Baş Komandan Qarabağda məskunlaşan erməniləri Azərbaycan qanunlarına tabe olmağa, saxta atributlardan, “müstəqillik xulyası”ndan əl çəkməyə, Azərbaycanın loyal, normal vətəndaşı olmağa çağırmışdı. Çağırışlara, humanist davranışlara məhəl qoymayan təxribatçılar 23 saat 43 dəqiqədən sonra ağ bayraq qaldırdılar. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni quldur dəstələri silahı yerə qoyub, döyüş mövqelərindən və postlardan çıxdılar. Tam şəkildə tərksilah olunub ərazimizi tərk etdilər. Müzəffər Azərbaycan ordusu ancaq əvvəlcədən müəyyənləşdirilmiş hərbi legitim hədəfləri vurdu. Ordumuz tərəfindən nə əhaliyə, nə mülki obyektlərə, nə də dini, təhsil obyektlərinə bir güllə belə atılmadı. Azərbaycan Müdafiə Nazirliyi Qarabağın erməni əhalisinə dəfələrlə müraciət yayımladı. Hərbi obyektlərdən uzaq durmağa çağırdı. Sığınacaqla, isti yeməklərlə, dərmanla və digər təchizatlarla təmin olunması üçün hər bir tədbiri gördü. Azərbaycan ordusu mülki əhaliyə toxunmadan peşəkarcasına antiterror əməliyyatını uğurla başa çatdırdı. Son sözü Ali Baş Komandanımız və ordumuz dedi. Antiterror əməliyyatları nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan rəhbərliyinin sağlam və uzaqgörən mövqeyi ilə Azərbaycan ordusunun qəhrəmancasına mücadiləsi ərazimizdə son erməni silahlı qruplarının da təslim olmasını təmin etdi. Biz əminliklə deyə bilərik ki, suverenliyin tam bərpası nəinki Qarabağda, Şərqi Zəngəzurda, eləcə də, bütün Cənubi Qafqazda inkişafı, sülhü, təhlükəsizliyi təmin edəcək. Zöhrə İbrahimova YAP Laçın rayon təşkilatı 35 saylı ƏPT - nin fəali, Laçın rayon 10 N-li tam orta məktəbin müəllimi. Geri dön |