Ana Sayfa > Cəmiyyət > Aeroport yolunda AĞIR QƏZA: səkkiz maşın toqquşdu

Aeroport yolunda AĞIR QƏZA: səkkiz maşın toqquşdu


23-08-2016, 11:43. Yazar: admin
Aeroport yolunda AĞIR QƏZA: səkkiz maşın toqquşdu


Bu gün səhər saatlarında aeroport yolunda eyni vaxtda üç yol-nəqliyyat hadisəsi baş verib.

Keçmiş "Komsomol" dairəsi adlanan ərazidəki körpüdə bir neçə avtomobil toqquşub.

Körpünün girişində "Mercedes" və "Mitsubishi" markalı avtomobillər, üstündə isə iki "Mercedes" markalı maşın toqquşub. Bundan başqa, körpünün üzərində üç "Mercedes" və bir "Volkswagen" markalı avtomobillər bir-birinə çırpılıb.

Ölən və ya xəsarət alanlar olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Yolda qısamüddətli tıxac yaranıb.

Hazırda ərazidə araşdırma aparılır.
Geri dön