Ana Sayfa > Özəl > Anlamayanı anladan əməliyyat
Anlamayanı anladan əməliyyat22-09-2023, 15:54. Yazar: sevinc1 |
“Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır. O cümlədən onlar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə başlamışlar. Sual olunur. Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi? Axı, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz haqlı narahatlığımızı ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Biz deyirdik ki, qanunsuz xunta rejimi öz əski parçasından artıq olmayan dırnaqarası bayraqlarını büküb cibinə qoyub bizim torpağımızdan çıxmalıdır”-deyə xalqa Mürciətində Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi. Tarixə yazılacaq 20 sentyabr günündə Azərbaycan xalqına müraciə etdən ölkə başçısı 24 saat antiterror əməliyyatı keçirmiş qəhrəman Azərbaycan ordusunun qalibiyyətini qeyd edərək bildirdi ki, 30 il başımıza gətirilən müsibətləri unutmasaq da, bu əməliyyatda humanizm prinsiplərini də unutmadıq. Erməni millətçilərindən fərqli olaraq mülki əhaliyə toxunmadıq, mülki obyektlərə atəş açmadıq. Qoy indi dünya görsün ki, kim kimdir. 3 il bundan əvvəl dizini yerə atıb aman diləyənlər bir qədər sonra ağalarının şşirin vədlərinə aldanaraq Bəyanatın şərtlərini yerinə yetirmək əvəzinə, daha da quduzlaşdılar. 300 vətəndaşımız mina terrorunun qurbanı oldu. Öz əzilmiş ordusunun qalıqlarını Qarabağdan çıxarmaq əvəzinə Ermənistan rəhbərliyi sülh prosesi adı altında manipulyasiyaya üstünlük verdi. Qarabağdakı qondarma rejim isə dinc əhalini öz girovuna çevirərək Azərbaycana meydan oxumaqdan, status tələb etməkdən, müxtəlif şoular düzəldib xalqımıza böhtan atmaqdan əl çəkmədi. Cənab Prezidentin dediyi kimi:“İkinci Qarabağ müharibəsi başa çatandan sonra əldə edilmiş üçtərəfli şifahi razılaşmalara rəğmən bu ayın 9-da Qarabağda saxta “seçkilər” keçirildi, saxta “prezident” seçildi, dırnaqarası prezident. Həmin o şəxs dərhal bəyan etdi ki, onlar statusun dalınca qaçacaqlar. Yəqin ki, mənim sözlərim onların yadından çıxıb. İkinci Qarabağ müharibəsi başa çatanda, Ermənistan ağ bayraq qaldıranda, diz çökəndə, kapitulyasiya aktına imza atanda mən demişdim ki, status cəhənnəmə getdi. Müharibədən bir müddət sonra biz status haqqında cəfəng ifadələri eşitmirdik. Amma görünür ki, bu qorxu onların canından yavaş-yavaş çıxdıqca yenidən revanşist qüvvələr baş qaldırır. Ona görə bütün bu amillər bir daha onu göstərir ki, qanunsuz kriminal xunta rejimi azğınlaşıb, harınlaşıb və qudurub. Unudub ki, onlar Azərbaycan ərazisində yaşayırlar. Ona görə bizim bütün addımlarımız legitimdir, hüquqidir, ədalətlidir və bütün addımlara görə biz həm məsuliyyət daşıyırıq, həm qürur hissi keçiririk. Yenə də deyirəm, antiterror tədbirləri yüksək peşəkarlıqla, dəqiqliklə elə aparıldı ki, mülki əhali zərbə altına düşmədi, mülki infrastruktura zərər vurulmadı. Ancaq düşmən mövqeləri, onların silahları, texnikaları məhv edildi.” Ermənistanı çaldığı havaya oynadan Fransa, son vaxtlar ikiüzlü siyasəti ilə gündəmə gələn ABŞ harda qaldı? Əlbəttə ki onlara əl yeri qoyulmamışdı. Əməliyyat zamanı beynəlxalq normalar SQ məlumatlandırılmışdı. Rusiya mövqeyini açıqlayaraq prosesin Azərbaycanın daxili işi olduğunu qeyd etdi. Çünki bu elə bir həqiqətdir ki, ondan qaçmaq imkanı yoxdur. Ermənistandan fərqli olaraq biz sülh, əmin-amanlıq istəyirik. Kimsənin bir qarış belə torpağında gözümüz yoxdur.Bizə qarşı törədilənlərə də qanun dili ilə cavab verəcəyik. Cənab Prezident bundan sonra atılacaq addımların bu prinsiplər üzərində qurulacağını qeyd etdi: “İndi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.” Amalımız sülh, qurub yaratmaqdır. Qarabağı, Zəngəzuru yenidən bərpa etmək, insanların normal şəraitdə yaşamasını təmin etməkdir. Milliyyətindən, dinindən asılı olmayaraq Azərbaycan vətəndaşlığını qəbul edən, onun qanunlarına tabe olan hər kəs üçün keçərli bir baxışımız var. Bunu dövlət başçısı bir daha bəyan etdi: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir. Ermənistan bu dövr ərzində - dünən, bu gün deyə bilərəm ki, gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək.” Müzəffər Ali baş Komandan İlham Əliyevin bu Müraciəti bir daha göstərdi ki, ölkə başçısı müdrik olanda, xalqla bir olanda qüdrətli olur, inamlı olur. Bu inamdan doğan mübarizə əzmi isə bəşəri dəyərlərə söykənib ədalətli qərarlar qəbul edilməsinə imkan verir. “Qarabağ Azərbaycandır” kəməsini indi tək biz demirik. Ermənilər də bu həqiqəti dərk etməyə başlayıblar. Çünki arada “dəmir yumruq” söhbəti var. Anlamayanı anladacaq qədər qətiyyətli, iradəli, sözü və imzası bərabər olan Qalib Sərkərdə var. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Geri dön |