Ana Sayfa > Özəl > AZƏRBAYCAN NÖVBƏTİ TARİXİ ZƏFƏRİ İLƏ ERMƏNİSTANA VƏ ONA HAVADARLIQ EDƏN DÖVLƏTLƏRƏ MESAJLARINI ÇATDIRDI
AZƏRBAYCAN NÖVBƏTİ TARİXİ ZƏFƏRİ İLƏ ERMƏNİSTANA VƏ ONA HAVADARLIQ EDƏN DÖVLƏTLƏRƏ MESAJLARINI ÇATDIRDI22-09-2023, 09:22. Yazar: sevinc1 |
Siyasi gücə, iradəyə malik Böyük Lider, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərkərdəlik məharəti Azərbaycan xalqını Müzəffər xalq kimi dünyaya tanıtdı, ZƏFƏR qazanmış xalq olaraq hərbi gücümüzü dünyaya göstərə bildik. Tariximizi yazmaqla dünya hərb tarixinə də yeni bir səhifə açdıq. Azərbaycan xalqı, ordumuz Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Vətən Müharibəsində öz gücünü, nəyə qadir olduğunu erməniyə, eləcə də bütün dünyaya göstərə bildi. 44 günlük Vətən müharibəsindən sonra deyəsən, "dəmir yumruğ"un gücünü görmüş ermənilər unutqanlıq edirlər. Yaxın keçmişimizdə aldığı zərbələri yaddan çıxarırdılar. Ermənilər bu günə qədər Azərbaycan ordusunun gücünə, Ali Baş Komandanın siyasi gücünə, iradəsinə yaxşı bələddirlər. "Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində" – deyə cənab Prezident İlham Əliyev bildirib. Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğurudur. Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə edilib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. 44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu növbəti qələbəyə imza atdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı səsləndirdiyi fikirlər hər birimizdə böyük qürur hissi yaratdı. Antiterror tədbirlərinin uğurla başa çatması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətinin, müdrik və uzaqgörən siyasətinin, xalqımızın dövlət başçısının ətrafında “dəmir yumruq” kimi birləşməsinin məntiqi nəticəsidir. Cənab Prezident İlham Əliyev müraciətində bu məqama diqqəti yönəldərək bildirdi ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir. Qələbəmizin yaratdığı reallıqlar fonunda sülh müqaviləsinin tezliklə imzalanacağına inamını da ifadə edib: “Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, xalqa müraciəti, müsahibələri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları ilə zəngindir. Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi: “Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin.Azərbaycan eyni zamanda bu antiterror tədbirini həyata keçirməklə Ermənistana da mesaj verdi. Onlar da bu 24 saatlıq antiterror tədbirindən tez bir zamanda nəticə çıxarıb Bakının şərtləri əsasında sülh sazişi imzalasalar yaxşı olar. Bu onların faydasına olar”. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin və onların havadarlarının illərdir yaratdıqları mifləri tamamilə dağıtdı. Bu miflərdən biri Ermənistan ordusunun “məğlubedilməzliyi” idi. Dünya məğlubedilməz ordunun Azərbaycan Ordusu olduğunu gördü. Lokal antiterror tədbirlərinin qısa zamanda başa çatması, separatçıların təslim olması da deyilənlərə bariz nümunədir. Azərbaycan Ordusunun bir gün ərzində uğur hekayəsini yazması yüksək peşəkarlığın, zəngin təcrübənin, mükəmməl planın nəticəsidir. Azərbaycan növbəti tarixi Zəfəri ilə Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. Ermənistan və ona havadarlıq edən dövlətlər “Dəmir yumruq”, “Qisas” əməliyyatlarının dərslərini unutmağa çalışsalar da Azərbaycan Ordusu suverenliyimizə qarşı törədilən təxribatların qarşısını qətiyyətlə almaqla yenidən onlara bu dərsləri xatırlatdı. Azərbaycan müstəqilliyinə, suverenliyinə qarşı hər bir cəhdin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, müdrik siyasətinin nəticəsidir ki, Azərbaycan tarixinə böyük uğurlar və nailiyyətlər həkk olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, müharibə onların yadından çıxmamalıdır: "Unutmasınlar ki, dəmir yumruq yerindədir". Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədr müavini Elşən Əzizov Geri dön |