Ana Sayfa > Özəl > Antiterror əməliyyatları bölgədə sülhün nizamlanmasına rəvac verdi
Antiterror əməliyyatları bölgədə sülhün nizamlanmasına rəvac verdi21-09-2023, 15:43. Yazar: sevinc1 |
Ermənistanın son dövrlər artan təxribatı, törətdiyi terrorlar və 2020-ci ilin 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə riayət etməməsi,son zamanlar erməni separatçılarının Azərbaycanın dövlətçilik dəyərlərinə ümumiyyətlə hörmət etməmələri artıq bardağın daşması üçün son damlalar oldu. Bütün dünya Qarabağın Azərbaycana aid torpaq sahəsi olduğunu qəbul edib, orada yaşayan erməniləri reinteqrasiyaya çağırsa da, hətta Ermənistan rəsmilərinin özləri belə, bu beynəlxalq tələblərlə sözdə razılaşsa da, Xankəndidə daha fərqli mənzərə ilə qarşılaşırdıq. Qarabağ erməniləri müstəqillik iddialarından əl çəkmir, özlərinin xəyali “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. İstənilən dövlət bu separatçı iddialara laqeyd qala bilməz, öz suverenlik hüquqlarının bərpası üçün antiterror əməliyyatlarına başlayardı. Son bir neçə ayda Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin fəallaşması müşahidə olunur və onlar dinc dayanmır, müxtəlif terror aksiyaları törədir, yaxud buna hazırlaşırdılar. Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdu. Qondarma rejimin törətdiyi özbaşınalıq, erməni diversantlarının terrorçululuq fəaliyyəti nəticəsində 2020-ci ilin noyabr ayından bu günə qədər 314 nəfər vətəndaşımız təkcə minaların qurbanı olub. Xocavənd rayonunda baş verən terror hadisələri onu deməyə əsas verir ki, Ermənistan çirkin niyyətindən, revanşist hislərindən əl çəkmir, Azərbaycanın təhlükəsizliyinə, konstitusion quruluşuna qarşı təhdid olaraq qalır, erməni quldurlarının növbəti dəfə təxribat törədəcəklərini heç kəs istisna etmir. Ölkəmiz dəfələrlə sülh müqaviləsinin imzalanması barədə müraciət etsə də, Ermənistan heç zaman sülhü qəbul etmədi. Müxtəlif bəhanələrlə prosessi yubatmağa çalışır, havadarlarının şirin vədlərinə inanıb hər addımda sülhdən yayınırdı. Məhz havadarlarına arxayın olub hər addımda münasibətləri düzəltmək və sülh şəraitində yaşamaq əvəzinə qarayaxma kompaniyasına cəhd edir. Sonuncu törətdiyi terror hadisələri ilə sülhün mümkünsüzlüyünü nümayiş etdirdi. Davam edən gərginlik antiterror əməliyyatlarını zərurətə çevirdi. Düşmən Ali Baş Komandanımızın gərəkdiyində humanizm nümayiş etdirməsini, gərəkdiyində isə “dəmir yumruq” hesabına haqq- ədaləti bərpa etməyinin bir daha şahidi oldu. YAP Laçın rayon təşkilatı 3 saylı ƏPT-nın sədri, Laçın Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Güllü İbadova Geri dön |