Ana Sayfa > Özəl > Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri

Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri


21-09-2023, 14:20. Yazar: sevinc1
Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri
Azərbaycanın davamlı çağırışlarına və addımlarına baxmayaraq, işğalçı Ermənistan və onun Qarabağdakı tör-töküntüləri vəziyyəti gərginləşdirmək istiqamətində növbəti xain terrora əl atdılar.Bu terror aktının yüklərin daşınması üçün Azərbaycanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı humanist addımından sonra törədilməsi ondan xəbər verir ki, erməni terrorçuları və onların himayədarları reinteqrasiya prosesinin başlanacağından ehtiyatlandığı üçün qanlı yola əl atmağı məqbul saydılar.
Ötən gecə Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi əraziyə gedən polis əməkdaşları – 1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu ermənilərin yerləşdirdiyi minaya düşərək şəhid olublar. Füzuli rayonu ərazisində DİN-in yük avtomobilinin aşması nəticəsində üç polis əməkdaşı hadisə yerində həyatını itirib, 6-sı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təbii ki, bütün bunlar Azərbaycan dövləti tərəfindən sərt reaksiyaya səbəb olmalıydı. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.Bildirilib ki, antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcəkdir.
Ona görə də ermənilər hazırki vəziyyəti düzgün dərk etməli, Azərbaycan tərəfinin tələblərini qəbul etməlidirlər. Əks halda antiterror tədbirləri davam etdiriləcək və silahlı müqavimətə cəhd edən düşmən qəhrəman Azərbatcan əsgəri tərəfindən məhv ediləcəkdir.

Talıblı Nurcan Talıb qızı,
Bakı Qızlar Universiteti
aia.az
Geri dön