Ana Sayfa > Özəl > Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması

Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması


21-09-2023, 14:19. Yazar: sevinc1
Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması

44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Ermənistana kifayət qədər şans verdik. Ermənistan öz revanşist hərəkətlərini dayandırıb Azərbaycanla normal münasibətlər qurmalı, sərhədləri dəqiqləşdirməli, kommunikasiyaların açılmasına razılıq verməli, sülh sazişinin imzalanmasına yönələn işləri intensivləşdirməli, nəhayət,Qarabağı Azərbaycanın daxili məsələsi kimi tanımalı idi. Lakin Ermənistan tərəfi deyilən sözlərə əməl etmədi, tərəfəmizdən verilən təkliflərə məhəl qoymadı, sözləri ilə əməlləri bir-birinə uyğun gəlməyəndə, ən pisi də həm sərhəd ərazilərdə, həm də Qarabağ bölgəsində ordumuzun mövqelərinə müxtəlif təxribatlara əl atdı.
Antiterror tədbirləri təhrik edən erməni təxribatları oldu. Son dövrdə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, Azərbaycan ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədi ilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu.
Son üç il ərzində nə Ermənistan, nə də Qarabağdakı xunta rejimi Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlarından dərs çıxardı, əksinə təxribatlarını davam etdirdilər. Sentyabrın 19-da Füzuli-Şuşa yolunda Erməni təxribatçılarının basdırdığı minanın partlaması nəticəsində üç polis işçimiz və üç mülki vətəndaşımız həlak olub. Bu, açıq şəkildə Azərbaycana meydan oxumaq deməkdir. Bununla da Azərbaycanın səbr kasası daşdı. Nəhayət, bölgədə quldur yuvasını məhv etmək, əlində silah tutan erməni hərbçilərini və onların hərbi infrastrukturunu darmadağın etmək, bütün logistik mərkəzlərini sıradan çıxarmaq üçün lokal xarakterli antiterror əməliyyatlarının keçirilməsinə qərar verildi.
2023-cü il sentyabrın 20-də saat 13:00-da müəyyən şərtlər altında lokal xarekterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Bu şərtlərə görə: 1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar.
Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklifi ilə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.

Bakı Qızlar Universiteti,
Hüseyinova Nəzrin Elşad qızı
aia.az
Geri dön