Ana Sayfa > Özəl > Müstəqil dövlətimizi uğurlu inkişafa aparan partiya

Müstəqil dövlətimizi uğurlu inkişafa aparan partiya


21-09-2023, 09:44. Yazar: sevinc1
Müstəqil dövlətimizi uğurlu inkişafa aparan partiya

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyevin, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələrin iştirak ilə keçirilən Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının yaranmasının 30 illiyinə həsr olunmuş tədbir Heydər Əliyev Mərkəzində baş tutdu.
.Tədbir iştirakçıları öncə Lerik şəhərində Azərbaycan xalqının ümummilli lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri qoyduqdan sonra Heydər Əliyev Mərkəzinə gəldilər. Tədbir ulu öndər Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladların əziz  xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlandı.
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının yaranmasının 30 illik yubileyi münasibətilə iştirakçıları təbrikdən sonra Yeni Azərbaycan Partiyasının yaradılmasından, o dövrdə ölkədəki ictimai-siyasi durumdan, ümummilli liderin Yeni Azərbaycan Partiyasını Ümumxalq Partiyasına çevirməsindən danışan rayon rəhbəri Əkbər Abbasov dedi:- Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutub və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. Regionun güc mərkəzinə çevrilən Azərbaycan dövlətinin nailiyyətlərinin bir qayda olaraq arxasında vətəndaş həmrəyliyi və uğurlu dövlət siyasəti dayanıb .Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni-yeni nailiyyətlərə imza atır. Hər bir Azərbaycan vətəndaşı sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan, bu yolda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, Vətənin mənafeyi naminə çalışır.
YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyevin geniş məruzəsi də tədbir iştirakçıların böyük marağa səbəb oldu: “ Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu idi. Xalqın və zamanın tələbi ilə yaranan YAP Heydər Əliyevin rəhbərliyi altında çox böyük tarixi yol keçərək Azərbaycanın inkişafı, müstəqil dövlət kimi formalaşması üçün çətinlikləri aradan qaldırmaqla, xalqın birlik simvoluna çevrildi, qısa vaxt ərzində Heydər Əliyevin partiyası adlanan və xalq tərəfindən sevilən YAP-nın respublikanın bütün bölgələrində ilk təşkilatları yarandı. Azərbaycanın bugünkü inkişafında, Yeni Azərbaycan Partiyasının möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan cənab İlham Əliyevin yorulmaz fəaliyyəti xalq tərəfində tam şəkildə bəyənilir”. Natiq YAP Lerik rayon təşkilatının fəaliyyəti haqqında da ətraflı danışdı.
Lerik rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Rayon Təhsil Şöbəsinin əməkdaşı Hüseynbala Əliyev tədbirdə çıxış edərək Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının yaranma zərurətindən çöz açdılar, qazanılan uğurları göstərdilər, eləcə təşkilatın yaranmasının 30 illik yubileyi münasibətilə təbriklərini bildirdilər.
Yekunda fəal partiya üzvlərinə ” Fəxri fərman” verildi.

Zəfər Orucoğlu
aia.az
Geri dön