Ana Sayfa > Dünya > “Sənətçilərimizin əksəriyyəti narkomandır” — Müsahibə
“Sənətçilərimizin əksəriyyəti narkomandır” — Müsahibə23-08-2016, 10:12. Yazar: admin |
Təranə Səmədova müsahibəsində yaradıcılıq yeniliklərindən, şəxsi həyatından və sənət aləmində baş verənlərdən danışıb. — Bir müddət yaradıcılıq işlərinizə fasilə vermişdiniz. Daha sonra isə «Gündəm” qrupu ilə geri döndünüz. Hər zaman gündəmdə olan Təranə Səmədova bundan sonra daha nələr edəcək? -İndiki zəmanədə, ələlxüsus da şou-biznesdə gündəmdə qalmaq heç də asan deyil. Hər zaman hər şeyin adisini, bəsitini etməkdən kənar gəzmişəm, yaxşı işlər görməyə çalşımışam. Ona görə də, «Gündəm” qrupuna qədər çalışdığım müğənnidən sonra 5-6 ay fasilə verdim. Özümə söz vermişdim ki, ürəyimcə olan adam olmayınca işləməyəcəyəm. Bu qrupda isə uşaqların sənətləri, səsləri, xarici görünüşləri məni qane etdi. Ona gördə də onlarla işbirliyinə razı oldum. Qrup dörd aydır ki, fəaliyyətə başlayıb. Təbii ki, müğənninin əsas uğuru mahnıdır. Ona görə də yeni mahnılar üzərində çalışırıq. Hər mahnını bəyənib, aranjiman etdirmək, həm də məsrəfdir. Ona görə də hər mahnıya da əl atmıram.. Elə mahnı istəyirəm ki, sevilsin. Həm də büdcəmiz elə də böyük deyil ki, artıq xərcləyək. — Yeri gəlmişkən, bir çox sənət adamları toyların kəskin azalmasından şikayətlənir. Sizdə vəziyyət necədir? Devalvasiya sizin işinizə nə dərəcədə təsir etdi? -İlk devalvasiyada verilişimin nümayişi dayandırıldı. Şou-biznesdə müğənnilərin toy bazarı zəiflədi. Toy bazarı nədən asılıdır? Toy sifarişindən. Devalvasiya toy sahibinə də təsir edir deyə, artıq xeyir işinə 5-6 nəfər deyil, bir, maksimum iki müğənnini çağırır. Buna görə də azdan-çoxdan pul qazanan müğənnilər yoxa çıxmağa başladı. İndi pul qazanmaq üçün dayanmadan işləməlisən ki, gəlir əldə edəsən. Çox çətindir. Devalvasiya və böhran şou-biznesə də təsirsiz ötüşmədi. -Artıq qalmaqallarda adınız hallanmır… -Heç bir zaman tanınmaq kimi iddiam olmayıb. Bəxtim gətirib ki, kütləyə, cəmiyyətə maraqlı sima olmuşam. Bunun üçün də xüsusi bir şeylər etməmişəm. Sadəliyim, hər zaman olduğum kimi görünməyim məni insanlara sevdirdi. Paralel olaraq da gördüyüm işlər mənə uğur gətirdi. İllərlə doğru olduğum halda, məni haqsız çıxardılar, susdum, gözəldim… Və zamanla hər kəs ələkdən keçdi. Kimin nəyə «qadir” olduğu bəlli olandan sonra gördüm ki, hə, böyük kütlə daha çox mənə doğru yönlənir. Çox zərbələr aldım, çox problemlərim oldu. İndi də problemlərim olur. Amma indi nədənsə sarsılıb, geri çəkilmirəm. Dayanmadan deyirəm ki, yaxşı olacaq, bu da keçər. Yaxşıya inanıb, yaxşı düşünüb, yaxşıya getdim deyə, onun müqabilində də maraqlı qaldım. Güclü insanlar cəmiyyətə hər zaman maraqlı gəlir. Onlardan stimul alırlar, örnək götürürlər. Nə yaxşı ki, həyatda kiməsə stimul verə bilmişəm. Özümün stimula ehtiyacım olduğu halda, bunu ətrafdakılara büruzə verməmişəm, hiss etdirməmişəm. Günlərim olub ki, sarsılmışam, əzilmişəm, depressiyaya düşmüşəm. Amma bunu heç kim bilməyib. Ən çətin məqamımda belə, yenə də «hər şey yaxşı olacaq!” deyib — ayağa qalxmışam. -Xeyli müddət bəzi müğənnilərlə anlaşılmazlıqlar yaşadınız. Şəxsi həyatınızda da problemlər oldu. Emosional müsahibələriniz, açıqlamalarınız oldu. İndi vəziyyət necədir? Küsülü olduğunuz sənət adamları ilə münasibətləriniz bərpa olunub? — Küsülü olduğum Günay İbrahimli idi, onunla da barışmışıq. 32 yaşım var, indiyə qədər, çox insanlarla rastlaşmışam. Həyatımda tanıdığım heç bir insana görə peşmanlıq hissi yaşamamışam. Çünki hər bir kəs ayrı-ayrılıqda mənə məktəb olub, həyat dərsi verib. Burada tək müğənniləri, sənət adamlarını nəzərdə tutmuram. Yəni onlardan pis və ya yaxşı dərs aldım. Əvvəllər bir az təcrübəsiz, naşı idim. Nəyi harada demək olar, nəyi isə demək olmaz bilmirdim. Özümün haqlı olduğumu sübut etmək üçün çılğın açıqlamalar verirdim. Bunlar artıq geridə qalıb. İndi hər şey mənim üçün bir az bəsitləşib. Həmin vatxlar verdiyim qalmaqallı açıqlamalarla yanaşı, gördüyüm işlər də adıma işlədi, dilimi uzun etdi. -Bəs şəxsi həyatda vəziyyət necədir? -Kənardan baxan düşünür ki, ailə həyatı bunun nəyinə lazımdır?! Bütün gün gəzir, əylənir, kef edir. Elə yanaşırlar… Yaxud da, düşünürlər ki, bu istəsə, ən yaxşı bir adama ərə gedə bilər. Əslində isə tanınmış insanın öz şəxsi həyatını düzənləməsi, tənzimləməsi çox çətindir. Bizim millət bir az dedi-qoduya meyillidir. Təbii ki, bunu hamıya şamil etmirəm. İnsanlar var ki, öz işində-gücündədir. Amma öz həyatında uğursuz olan bəzi adamlar, yaxud da sadəcə olaraq dedi-qodu sevənlər, ya da başqasının uğurunu gözü götürməyən paxıl adamlar qoymurlar ki, insan uğuruna doğru sağlam addımlarla rahat gedə bilsin. Söhbət şəxsi həyatdan gedir. Bir sözlə, tanınmış insan üçün şəxsi həyatı qurmaq çətindir. -Bir çoxları deyir ki, bir insanın kayerada və cəmiyyətdə uğurlu olması üçün ailəsi olmalıdır, tam olmalıdır. Bu fikir nə dərəcədə doğrudur? -Xeyr, mən bu fikirlə razı deyiləm. Ümumiyyətlə, bir insanın karyerasında uğurlu olması üçün evil olması vacib deyil. Həyatda güvənəcəyim ərim yoxdursa, bu, ailədə natamam olmağım anlamına gəlməz. Ailəm çox sağlamdır, anam var, övladım var. Düzdür, ailəmin müzakirəyə səbəb olan qeyri-sağlam tərəfləri var. Məsəl üçün, övladım ailəm dağılandan sonra dünyaya gəlib. Onu artıq cəmiyyət normal qəbul etməyə başlayıb deyə, düşünürəm ki, normal bir ailə başçısına çevrilmişəm. Düzdür, ailəmdə ağbirçəyim var. Amma ailəni idarə edən mənəm. Ona görə tamlıq var. Mən belə deyərdim, insan karyerasında uğur qazanmaq istəyirsə, şəxsi həyatı ona mane olmamalıdır. Misal çəkim, kişi sənətçidir. Amma qeyri-ənənvi orientasiyaya malikdir. Bunu efirdən, mediadan gizlətməyə çalışsa da, Azərbaycan çox balacadır. Səsi-sorağı ordan-burdan sızır deyə, görürsən ki, ona tam hörmətlə yanaşmırlar. Yaxur da xanım sənətçidir, çox gözəl sənəti var. Amma əxlaqında bir balaca problem oldusa, onun yaradıcılığına təsir göstərir. Artıq heç kim onu öz ailəsində görmək istəməz. -Sizcə, bu cür yanaşma normaldır? -Azərbaycanın 10 milyon əhalisi var. Sovetlər birliyindən ayrılandan sonra müstəqil olduq, müəyyən bir yol keçdik. Bizim mədəniyyət anlayışımız başqadır. Vəziyyətə və ya hər hansı bir müğənninin həyatına sağlam baxa bilmirik. Çox aqressiv, emosional yanaşırıq. Bu günlərdə gənc bir sənətçinin klip təqdimatında oldum. İki ifaçı — Elvin Babazadə ilə Orxan adlı gənc müğənni – oxuduqları «İki dəli” adlı mahnıya klip çəkiblər. Maraqlı klip idi, yaxşı çəkilmişdi. Klip hədsiz müasir çəkilib. Azərbaycan kriteriyalarına uyğun deyil. Efirlər götürməyəcək. Klipdə iki oğlan bir qızla yatağa girir, qrup seks… Mən təqdimatda fikirmi açıq ifadə etdim və dedim ki, efirlər bu işi nümayiş etdirməyəcəklər. Yaxud da, bir çox sənətçilərimiz narkotik vasitələrin aludəçisidirlər. Bunu hər gün efirlərdə nümayiş etsinlər… Şəxsi həyat maraqları deyən zaman bunu nəzərdə tuturam. Gündəlik həyat tərzinin mənfi tərəfləri səni sənətində də geri salacaq. -Son sualım bəlkə də şablon səslənə bilər. Amma biz kifayət qədər uzun müddətdir tanışıq. Prodüserlik fəaliyyətiniz zamanı çox çətinliklərdən, haqsızlıqlardan keçmisiniz. Mənim üçün maraqlıdır, təkrar seçim imkanınız olsaydı, yenə prodüserlik fəaliyyətini seçərdiniz? -Bu yaxınlarda anamla söhbətim oldu. Ona dedim ki, nə olardı, mənə bir sənət verərdiniz. Ya həkim olardım, ya da saç, yaxud makiyaj, manikür-pedikür ustası olardım. Yəni mənə daim gəlir gətirən bir peşə, iş olardı. İndi hasısa maşın ustası iki diploma olan bir adamdan daha çox qazanır, çünki əlinin sənəti var. Məni buna yönləndirən valideynlərim olmayıb. Bu bir az fəlsəfi, mənəvi yanaşmadır, real bir şey deyil. Ona görə də durum burada nə nağıl danışım. Deyim ki, prodüserliyi seçməzdim, deputat olardım (Güıür). Amma səhvlərimin çoxunu düzəldərdim. Bəzi insanlara layiq olduğundan daha artıq dəyəri verməzdim. Geri dön |