Ana Sayfa > Manşet / İdman > Cəsarət Əhmədov: “Hər an ölməyə də, öldürməyə də hazır olmalıyıq”

Cəsarət Əhmədov: “Hər an ölməyə də, öldürməyə də hazır olmalıyıq”


20-09-2023, 17:40. Yazar: sevinc1
Cəsarət Əhmədov: “Hər an ölməyə də, öldürməyə də hazır olmalıyıq”

Allah bütün şəhidlərimizə, Vətən uğrunda canlarından keçmiş Azərbaycan polisinə, Azərbaycan əsgərinə rəhmət eləsin, qəbirləri nurla dolsun!

Azərbaycan Qol Güləşi Federasiyası hər zaman Ölkə Prezidenti cənab İlham Əliyevin xarici və daxili siyasətini dəstəkləyir. Dövlət başçımızın yürütdüyü bu siyasət nəticəsində 15-20 ildən sonra Azərbaycan dünyanın ən zəngin, ən firavan ölkələrindən biri olacaqdır. Bəzi gözügötürməyən insanlar cənab Prezidentimizin gördüyü işləri görməzdən gələ bilərlər. Lakin hər bir vətənpərvər azərbaycanlı bu işlərin tariximizin qızıl dövrünün əsasında duracağını yaxşı bilir.

Cənab Ali Baş Komandan, həqiqətən də Siz nəyi nə zaman və necə etməyin ən doğrusunu bilirsiniz. Azərbaycan Qol Güləşi Federasiyası həmişə Sizin yanınızdadır və bütün əmrlərinizi dərhal yerinə yetirməyə daim hazırdır! Bu Vətən bizim Vətənimizdir, bu torpaqlar bizim torpaqlarımızdır və kimliyindən, kasıb və ya zəngin olmasından asılı olmayaraq hər bir azərbaycanlı bu Vətən uğrunda yüz dəfə də, min dəfə də həm ölməyə, həm də öldürməyə hazır olmalıdır. And olsun bizi yaradan Allaha ki, hər an yenidən əsgər formamızı geyinib Sizin rəhbərliyiniz ilə istənilən düşmənlə döyüşə tam hazırıq.

Möhtərəm cənab Prezident, buna tam əmin ola bilərsiniz ki, Allah bizə nə qədər ömür veribsə, bu ömrü bütünlüklə Vətənə, xalqa, dövlətçiliyimizə və Sizə xidmətə həsr edəcəyik. Bu, sadəcə bir söz deyil, bu, bir reallıqdır.


Hörmətlə,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti
Cəsarət Əhmədov
aia.az



Geri dön