Ana Sayfa > Manşet / Seçki 2024 > Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində iki hərbi qulluqçumuz yaralanıb

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində iki hərbi qulluqçumuz yaralanıb


19-09-2023, 12:32. Yazar: sevinc1
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində iki hərbi qulluqçumuz yaralanıb

Sentyabrın 19-u saat 11:45-də Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, atəş nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
Geri dön