Ana Sayfa > Seçki 2024 > Maralfalfa bitkisi Respublikada ilk dəfə məhsul verib

Maralfalfa bitkisi Respublikada ilk dəfə məhsul verib


19-09-2023, 09:57. Yazar: sevinc1
Maralfalfa bitkisi Respublikada ilk dəfə məhsul verib

Əkinçilik ET İnstitutunun Modernləşdirilmə proqramına uyğun olaraq tədqiqat sahəsində ciddi islahatlar həyata keçirilmişdir

Keçdiyi şərəfli yolda müəyyən çətinliklərlə qarşılaşmasına baxmayaraq, dövrün tələblərinə uyğun olaraq tədqiqatlara yanaşmalar dəyişmiş, zaman axarında bir-birini əvəzləyən alimlər sələflərinin elmi irsini daha da inkişaf etdirmiş, yerinə yetirilən çoxsaylı kompleks fundamental və tətbiq xarakterli elmi işlərdə bitkilərin məhsuldarlığı və keyfiyyətinin yaxşılaşdırılması, mütərəqqi becərmə texnologiyalarının yaradılması istiqamətlərində mühüm nailiyyətlər əldə edilmişdir.

Respublikanın müxtəlif bölgələrinə uyğun aparılan kompleks elmi-tədqiqatlar və təcrübi seleksiya işləri nəticəsində müxtəlif kənd təsərrüfatı bitkilərinin 147 sortu yaradılmış və rayonlaşdırılması üçün KTN yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilmişdir. İnstitutun aparıcı alimlərinin gərgin əməyi sayəsində əldə etdikləri elmi nailiyyətlər və onların istehsalatda tətbiqi dövlət başçısı tərəfindən dəfələrləyüksək qiymətləndirilmiş və əməkdaşların 11 nəfəri orden və medallarla təltif edilmiş, 3 nəfəri Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi adına, 1 nəfəri isə AR Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Belə nəticələrdən biri də çoxillik möcüzəvi yem bitkisi olan maralfalfa bitkisinin Azərbaycana gətirilməsi, fermer təsərrüfatlarına çıxışının təmin edilməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nöğvbəti uğurlu araşdırmasıdı. Maralfalfanın əkininin həyata keçirilməsində əsas məqsəd heyvandarlığın yem bazasının möhkəmləndirilməsidir. Aparılan tədqiqiatların uğurlu və qənətbəxş nəticələrini institutun mütəxəssisi Sevil Abbasquliyeva şərh edib.


Geri dön