Ana Sayfa > Karusel / Dünya > "Hər iki yoldan yüklərin keçməsini alqışlayırıq" -

"Hər iki yoldan yüklərin keçməsini alqışlayırıq" -


18-09-2023, 16:31. Yazar: sevinc1
"Hər iki yoldan yüklərin keçməsini alqışlayırıq" -

"Laçın-Xankəndi və Ağdam-Xankəndi yolundan yüklərin eyni vaxtda keçməsini alqışlayırıq".

aia.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "X" hesabında yazıb.

O qeyd edib ki, artıq Qarabağın erməni sakinlərinə yardımlar aparılır.

"Laçın və Ağdam üzərindən yüklərin eyni vaxtda keçməsini alqışlayırıq. İndi bu məsələ tam qaydaya salınmalıdır. Həmçinin Avropa İttifaqının dəstəkləməyə hazır olduğu hüquq və təhlükəsizlik üzrə Bakı və Qarabağın erməniəsilli əhalisi arasında danışıqlara başlamaq vacibdir",- Ş.Mişel bildirib.

aia.az
Geri dön