Ana Sayfa > Seçki 2024 > Sahibkarlarla növbəti görüş Balakən rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Balakən rayonunda keçiriləcək


18-09-2023, 15:19. Yazar: sevinc1
Sahibkarlarla növbəti görüş Balakən rayonunda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

AİA.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Balakən rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 20-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Geri dön