Ana Sayfa > Seçilənlər > Vidadi İsayevin gizli dünyası: xanım məmurlar, qızıl mismar və referendum sabotajı
Vidadi İsayevin gizli dünyası: xanım məmurlar, qızıl mismar və referendum sabotajı22-08-2016, 12:56. Yazar: admin |
Bərdə rayonunda baş verən qanunsuzluqlar, rayondakı məmur özbaşınalığı ilə bağlı ölkə mətbuatında mütəmadi olaraq məqalələr dərc olunur. Mütəmadi olaraq, qəzetlərdə və internet resurslarında icra başçısı Vidadi İsayevin müəllifliyi ilə reallaşan hansısa maliyyə maxinasiyası faş olunur. Bu günə qədər mediada işıqlandırılan faktlarla bağlı Bərdə Rayon İcra Hakimiyyəti tutarlı təkzib verə bilib, nə də yazılanların həqiqəti əks etdirmədiyini isbatlaya bilib. Bütün bunlar isə Bərdədə sözün həqiqi mənasında qanunsuzluğun tüğyan etdiyini düşünmək üçün əsaslar yaradır. Mediada yer alan və təkzib olunmayan məlumatlar əsasında cumhuriyyet.az olaraq Vidadi İsayevin Bərədədə reallaşdırdığı sərgüzəştləri ümumiləşdirmək qərarına gəldik. İcra başçısının kabinetində saçyolbdu Bir neçə ay bundan öncə Vidadi İsayevin kabinetində əməlli-başlı saçyoldu davası baş verib. Bu davanın iştirakçılarından biri Fəqət Şadlinskya, digərisə icra hakimiyyətində şöbə müdiri postunda çalışan Zaur Bəylərovun qaynansının olduğu bildirilir. Bununla bağlı yayılan məlumatda bildirilir ki, icra başçısının xanım müavini şöbə müdirinin qaynanasını başçının otağından sürüyərək çıxartmaq istəyib. Lakin səs-küyün böyüdüyünü görən Vidadi İsayev Zaur Bəylərovun qaynanasını Fəqət xanımın əlindən zorla almağa müəssər olub. “Ştatdankənar katibə”nin artan nüfuzu Bundan başqa cumhuriyyet.az olaraq bu günədək mediada yer alan məlumatlar əsasında bildirək ki, Zaur Bəylərovun qaynanası Vidadi İsayevin “ştatdankənar” katibəsi işləyir. Belə ki, şöbə müdirinin qaynanası üçün icra başçısının otağının yanında yeni bir otaq tikilib və “ştatdankənar” xanım katibə burada icra başçısı üçün yemək-içmək məclisi düzəldir. Digər məlumatda isə deyilir ki, şöbə müdirinin qaynanası başçının və icra hakimiyyətinə gələn şəxslərə nəzarət etmək üçün otağında manitor quraşdırıb. İcra başçısının kabinetində baş verən davanın da məhz “ştatdankənar” katibənin Vidadi İsayevin yanında nüfuzunun artmasından qaynaqlandığı iddia edilir. “Sehirli disk” və gizli otaq Onu da bildirək ki, sonrakı proseslər F.Şadlinskayanın üstünlüyü ilə gedib. Belə ki, icra hakimiyyətlərində humanitar məsələlər üzrə müavin postları ixtisar edilərkən xanım məmurun vəzifəsinə təhlükə yranıb. Amma deyilənə görə hansısa sehirli disk və ya video çəkiliş bu problemi həll edib. Bundan sonra Fəqət Şadlinskaya icra başçısı ilə yaxınlığı Zaur Bəylərovun bir neçə gəlirli sahəni itirməsi ilə nəticələnib ki, bu da tərəflərin “müharibə” elan etməsinə səbəb olub. Ümumiyyətlə Bərdə rayon icra başçısı Vidadi İsyevin kabinetinin yanında ştatdankəran katibəsi üçün hansı səbəbə, marağa görə otaq tikdirməsi ilə bağlı müxtəlif söz-söhbətlər dolaşır. “Papanın gül balası” Bərdəlilər icra başçısının özü ilə yanaşı, oğlundan da narazıdı. Yüzminlərlə manat dəyəri olan avtomobillərdə gəzən, günü kef məclislərində keçən Vidadi İsayevin oğlu özünü rayonun sahibi kimi aparır. Məlumatlı mənbələr bildirir ki, bütün məmurlar kiçik İsayevdən çəkinir. Çünki onun atasına bir şikayəti bəsdir ki, həmin məmur vəzifəsini itirsin. Mənbələr bildirir ki, icra başçısı bir neçə ilə əvvəl oğlu üçün rayonda Heydər Əliyev parkında dəəri 100 min manat olan “Ana və Uşaq” kafesini inşa etdirib. Özü də tikinti məmurlardan yığılan pullar hesabına həyata keçirilib. Bildirilir ki, Vidadi İsayev idarə və müəsisə rəhbərlərindən tikinti üçün konkret pul tələb edib. Bütün məmurlar onun bu tələbini yerinə yetirib. P.S. Bərdə rayon icra hakimiyyətinin başçısı, onun qalmaqallı xanım məmurları və oğlu ilə bağlı məlumatlar bununla yekunlaşmır: Vidadi İsayevin Yevlaxda oğluna tikdirdiyi imarətin pəncərələrinə vurulan qiymətli çərçivə; Bakıdan çağrılan və Olumpiya kompleksində yerləşdirilən ustaların qızıl mismar təəccübü; Goranboyun Ağcakənd kəndindəki boş qalan bahalı villa və bu villa üçün Bərdədən daşınan materiallar; Ağcakənddəki villanın maliyyəçi qonşusu və müəmmalı görüşlər; İcra başçısının otağında çəkilən gizli çəkiliş; Bərdədə referendum qalmaqalı və icra hakimiyyətinin siyasi sabotajı… Bütün bunlar haqda daha ətraflı növbəti yazımızda…. //Cumuriyyet.net Geri dön |