Ana Sayfa > Seçki 2024 > Çuxuryurd kəndinin abonentləri “Səyyar qəbul otağı”nda

Çuxuryurd kəndinin abonentləri “Səyyar qəbul otağı”nda


15-09-2023, 17:05. Yazar: sevinc1
Çuxuryurd kəndinin abonentləri “Səyyar qəbul otağı”nda

AİA.Az xəbər verir ki, Şamaxı rayonunun Çuxuryurd kəndində qurulan “Səyyar qəbul otağı”ında ümumilikdə 15 sakin iştirak edib. Onlardan 14-ü mikrofon önünə keçərək müraciətlərini ünvanlayıblar. Müraciətlərin siyahısında adıçəkilən kənddə bəzi hallarda qazın təzyiqinin zəif olması, debitor borcun araşdırılması və işə qəbulla bağlı xahişlər yer alıb. Bütün müraciətlər dinlənildikdən sonra Ağsu RQİİ-nin məsul şəxsləri tərəfindən vətəndaşlara ətraflı məlumat verilərək problemlərə aydınlıq gətirilib. Bəzi müraciətlərin baxılaraq araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Geri dön