Ana Sayfa > Seçki 2024 > Şəhid Qəfərli Amin Rasim oğlunun il mərasimi keçirildi

Şəhid Qəfərli Amin Rasim oğlunun il mərasimi keçirildi


15-09-2023, 14:32. Yazar: sevinc1
Şəhid Qəfərli Amin Rasim oğlunun il mərasimi keçirildi

2022-ci ilin sentyabr ayının 12-14 də Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Amin Qəfərlinin il mərasimi keçirildi.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri II Fəxri Xiyabanda şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Eyni zamanda, Zəngilan rayonundan olan Vətən Müharibəsi şəhidlərinin də məzarları ziyarət olunmuş, əziz xatirələri ehtiramla anılmışdır.

Daha sonra isə mərasim iştirakçıları Şəhid Amin Qəfərlinin ildönümü ilə əlaqədar təşkil edilmiş məclisdə iştirak etmişdirlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin
Geri dön