Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “Azərbaycanın Şərqlə-Qərb arasında mühüm tranzit ölkə, Avropanın etibarlı enerji təchizatçısı kimi önəmli rolu bundan sonra da davam edəcək”
Eltun Süleymanov: “Azərbaycanın Şərqlə-Qərb arasında mühüm tranzit ölkə, Avropanın etibarlı enerji təchizatçısı kimi önəmli rolu bundan sonra da davam edəcək”15-09-2023, 10:58. Yazar: sevinc1 |
“Ölkəmizin başçısı cənab İlham Əliyev dünən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün işində fəxri qonaq kimi iştirak edərək çıxış etmiş, Azərbaycanın bu region ölkələri ilə yeni əməkdaşlıq sahəsi barədə fikirlərini söyləmişdir. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsinin fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş “Rəqəmsal İpək Yolu” layihəsinin olduğunu söyləyib. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir”. Bu fikirləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Eltun Süleymanov bildirib ki, “Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Hazırkı geosiyasi landşaft çərçivəsində bu daha vacib kurslardan biridir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələri baxımından çox dinamik il olub. Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində artıq Xəzər dənizinin Qafqaz və Mərkəzi Asiyanı ayırmadığını, əksinə bu iki regionu birləşdirdiyini demək olar. Mərkəzi Asiya dövlətləri ilə münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etdiyini, iqtisadi və mədəni əlaqələrin genişləndiyini qeyd edən dövlət başçısı bildirib: “Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk”. Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur”. Müsahibimiz qeyd edib ki, “Azərbaycanın nəqliyyat-logistika imkanlarından danışan cənab İlham Əliyev deyib: “Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır. Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır”. Eltun Süleymanov sonda qeyd edib ki, “Ölkəmizin başçısının bu səfəri göstərdi ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni üfüqlər gləcək üçün yaxşı perspektivlər vəd edib. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, Şərqlə-Qərb arasında mühüm tranzit ölkə, Avropanın etibarlı enerji təchizatçısı kimi önəmli rolu bundan sonra da davam edəcək”. Geri dön |