Ana Sayfa > Özəl > İcra başçısı növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib
İcra başçısı növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib15-09-2023, 10:14. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlər üçün növbəti qəbul keçirilib. aia.az xəbər verir ki, Məhsəti Gəncəvi Mərkəzində baş tutan görüşdə Milli Məclisin üzvü Müşfiq Cəfərov, Gəncə ŞİH-nin məsul şəxsləri, idarə, müəssisə, təşkilat, eləcə də bələdiyyələrin rəhbərləri də iştirak ediblər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onlardan üzləşdikləri problemlər bərədə məlumat verməyi xahiş edib. Müraciətlərin əsasını mənzil növbəliyi, işlə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və digər məsələlər təşkil edib. Gəncə şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq həll edilməsi istiqamətində tapşırıqlar verilib. Qəbulda iştirak edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya, vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə ediblər. Azər Tağızadə Geri dön |