Ana Sayfa > Gündəm > Vegeteryan oğlan ət yeyən insanlardan belə qisas aldı - FOTOLAR
Vegeteryan oğlan ət yeyən insanlardan belə qisas aldı - FOTOLAR22-08-2016, 11:54. Yazar: admin |
Paytaxt mərkəzində fəaliyyətə başlayan mağaza Taylandın paytaxtı Banqkok-da qəribə bir mağaza öz assortimenti ilə diqqət çəkməyə başlayıb. Söhbət burasındadır ki, piştaxtlarda insan əli, başı, ayağı, qarın hissəsi və digər orqanları satılır. Lakin qorxmağa səbəb yoxdur. Bu satılan qidalar insan orqanları deyil, hətta onların tərkibində 1 qram belə ət yoxdur. Buradakı hər bir yeyinti məhsulu xəmirdən hazırlanır və onlara xüsüsi xarici görünüş verilərək iyrənc formada bəzədilir. İdeya Kittivat Unarro adlı şəxsin ağlına gəlib və o dərhal bu həvəsini reallaşdırıb. O, qəti vegeteryandır ve uzun illərdir ki şirniyyat ustasıdır. Bu yol ilə o, insanlara ət yeyənləri gördükdə nə hisslər keçirdiyini çatdırmaq istəyir. Kittivat ümid edir ki onun yaratdığı bu stil bir çoxlarından ətdən imtina etməyə və sağlam həyat tərzi yaşamağa kömək olacaq. Geri dön |